Samsung Electronics (kor. 삼성전자; Hanca: 三星電子) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir.
Samsung Electronics | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | elektron sənaye |
Məhsulları | elektron qurğular, məişət texnikası, yarımkeçirici cihazlar, proqram təminatı[1] |
Təsis tarixi | 13 yanvar 1969 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Dacor[d] |
Rəhbərlik | |
Təsisçi | |
samsung.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri - LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir.
Dünyanın ən iri smartfon istehsalçısıdır. Əsas smartfon xətti Samsung Galaxy qurğularıdır. Eyni zamanda dünyanın ən iri yaddaş çipləri istehsalçısıdır.