Baku Marshals Club

Baku Marshals Club Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən təsis edilib.
Baku Marshals Club [1][2][3] marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirləri təşkil edir, müsahibələr və təlimlər keçirir[4][5] , eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur[6][7]. Klubun əsas hədəfləri arasında Azərbaycanda Marşalaşma ənənələrini genişləndirmək [8][9] və inkişaf etdirmək, dünyanın digər Marşal klubları və icmalarla təcrübə mübadiləsi və ünsiyyət qurmaqdır[10][11][12] .Bakı Marşal Klubu , klub üzvləri arasında komanda ruhunu gücləndirmək və inkişaf etdirmək üçün müxtəlif motivasion, məlumatlandırma və komanda yaratma tədbirlərinin təşkili üçün məsuliyyət daşıyır. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır[13]. Formula 1 aləmində Marşallara həmçinin Yarış Rəsmiləri də deyilir. Onların işi Formula 1 pilotlarının təhlükəsizliyinin təminatında[14] və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

Baku Marshals Club
Növü İdman Klubu
Yaranma tarixi 6 Iyun 2016
Rəsmi dili Azərbaycan dili
Mərkəzi

AZ1009,Zərifə Əliyeva küç. 93., 'BEGOC' Business Center,Azərbaycan Azərbaycan

[1]
Üzvləri 1236 (2016)
www.bakumarshalsclub.az

Ulduz elçisi[redaktə | mənbəni redaktə et]

Mayın 6-da Marriott Abşeron otelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib.[15][16]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

KİV-də məqalələr[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Sosial Hesabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub" (az.). 2016-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  2. "Baku Marshals Club launched" (az.). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  3. "Baku marshals club" (az.). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  4. "В Баку прошел тренинг для маршалов Гран При Азербайджана «Формулы 1»" (az.). 2017-10-10 tarixində orijinalından arxivləşdirilib.
  5. "Formula 1-in sınaq təlimləri start götürdü" (az.). İstifadə tarixi: 23.11.2016.[ölü keçid]
  6. "Bəhreyn Bakıda keçiriləcək Formula-1 yarışlarının təşkilinə öz töhfəsini verəcək" (az.). 2020-11-27 tarixində arxivləşdirilib.
  7. "Hidden heroes: the marshals who make Bahrain happen" (az.). İstifadə tarixi: 23.11.2016.[ölü keçid]
  8. "Çingiz Mehdiyev: "Marşallıq Azərbaycan üçün yeni istiqamətdir"" (az.). 2016-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  9. "Marşallıq Azərbaycan üçün yeni istiqamətdir" (az.). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  10. "Baku Marshal Club reps visit Bahrain" (az.). 2016-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  11. "Baku Marshal Club visit Bahrain" (az.). 2017-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  12. "Bahrain to assist in organization of 2016 Formula 1 in Baku" (az.). İstifadə tarixi: 23.11.2016.[ölü keçid]
  13. "Formula 1 Azərbaycan Qran Prisində Marşalların Fəailiyyəti" (az.). İstifadə tarixi: 23.11.2016.[ölü keçid]
  14. "Marşallar" (az.). 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  15. "Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub" (az.). 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.
  16. "Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olundu" (az.). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2016.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]