Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.[1]
Balçılı qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Göygöl |
Yerləşir | Göygöl rayonu, Balçılı (Göygöl) |
Tikilmə tarixi | XII əsr |
İstinad nöm. | 1088 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|