Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir.
|
Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi.
Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir.
Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir. Məbədin içərisində "vibrasiya akkustikası"na xidmət edən hündür tavan, günbəzlər və s. də olur. Qədimdən papaların varislərinə vəsiyyəti insanı vəcdə gətirən, həyəcanlandıran möhtəşəm kilsələr tikmələri idi. Bir çox hallarda məscid tikililəri də bu xüsusiyyəti özlərində daşıyır.