Balıkesir Saat Qülləsi

Balıkesir Saat QülləsiBalıkesirdə Bələdiyyə parkı içində inşa edilmiş qüllə.[1]

Balıkesir Saat Qülləsi
türk. Balıkesir Saat Kulesi
Xəritə
39°38′43″ şm. e. 27°52′45″ ş. u.HGYO
Ölkə Türkiyə
Şəhər Balıkesir
Yerləşir Balıkəsir
Memar Ömər Əli bəy
Tikilmə tarixi 1827
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 20 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalanın giriş qapısındakı yazıya görə, qüllə 1827-ci ildə Silistra mütəssərrifi Mehmed Paşa tərəfindən 5 mərtəbəli olaraq inşa edilmişdir. Balıkesir saat qülləsi quruluş etibarilə Qalata qülləsinə bənzədilir. Saat qülləsi 1897-ci ildə baş verən zəlzələ nəticəsində dağılıb. Qüllə 1901-ci ildə mütəssərrif Ömər Əli bəy tərəfindən yenidən inşa edildi. 1962-ci ildə isə üzərindəki yazı bərpa edildi.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Beş mərtəbədən ibarət inşa edilən qüllənin hündürlüyü 20 metrdir.[3] Xudavəndigar salnaməsi və Ircıcanın arxivindən əldə olunan şəkillərlə bugünkü inşa edilən qüllə arasında heç bir fərqin olmaması, qüllənin orijinalına uyğun şəkildə inşa edildiyini göstərir.[4]

27 noyabr 2013-cü ildə Zərbxana və Möhür mətbəəsi baş direktorluğu tərəfindən hazırlanan və 27 noyabr 2015-ci ildə satışı dayandırılan Balıkesir saat qülləsi xatirə sikkəsi çap edildi.

  1. "Balıkesir Saat Kulesi" (türk). gezginrehberi.com. 2010-07-03 tarixində arxivləşdirilib.
  2. "Balıkesir Saat Kulesi" (türk). truvadergisi.com. 2014-03-24 tarixində orijinalından arxivləşdirilib.
  3. "Balıkesir Saat Kulesi" (türk). biriyilik.com. 2015-12-09 tarixində orijinalından arxivləşdirilib.
  4. "Balıkesir Saat Kulesi" (türk). kenthaber.com. 2013-12-31 tarixində arxivləşdirilib.