Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır.
Balıq anodontu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Balıq anodontu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur. Tükənmə təklükəsi yoxdur. Başı yoxdur. Ömrünün uzunluğu məlum deyil.
Mərməzi və Şimali Avropa, Qərbi Sibir, Qafqaz kimi ərazilərdə yayılmışdır. Azərbaycanda onlara Kür – Araz ovalığında yerləşən göllərdə və Araz su anbarında yayılmışdır.
Onlar əsasən mikroorqanizmlər qidalanır. Xüsusi ilə kiçik plankton orqanizmlər üstünlük təşkil. Onların özləri isə su quşlsrının və balıqların yemini təşkil edir.
Onların çinsi yetkinliyə catma vaxtı məlum deyil. Mayalanma avqust–sentyabr aylarında baş verir. İnkişafının ilk mərhələsini dişi fərdin mantiya boşluğunda yaranır. Oktyabr ayında qloxidilər formalaşır. Qloxidilər ana fərdin bədənində qışlayır. Onların kütləvi çıxışı may ayında baş verir. Sinradan balıqların bədənlərində parazit həyatı sürür.