Bala qaraşəngi (lat. Scrophularia minima) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Bala qaraşəngi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Bala qaraşəngi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari-yumurtavaridir.
Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir. Alp qurşağının gilli töküntülərində və qayalıqlarda rast gəlinir.
Böyük Qafqazın Quba sahəsi və qərb hissəsində yayılmışdır.
Antropogen amillər, populyasiyaları yayılan ərazilərin ekstremal iqlim şəraitinə malik olması, kəskin iqlim dəyişkənliyinə həssaslıqdır.
Populyasiyalarının ciddi monitorinq olunması, xüsusi qorunan ərazilər çərçivəsində mühafizə tədbirlərinin görülməsidir.
Yeni yayılma yerlərinin axtarılması tələb olunur.