Balaklava — Sevastopol şəhərinə daxil olan rayon.
Balaklava | |
---|---|
ukr. Балаклава, krımtat. Balıqlava | |
44°30′19″ şm. e. 33°35′52″ ş. u.HGYO |
|
Ölkə |
Mübahisəli Ukrayna/ Rusiya |
Tarixi və coğrafiyası | |
Hündürlük | 10 ± 1 m |
Saat qurşağı | UTC+02:00 |
Əhalisi | |
Əhalisi | 21.073 nəfər nəfər (2017) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 99000–99999 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vaxtilə müstəqil məntəqə olan Balaklava indi müasir Sevastopol şəhərinə daxil olan rayondur. (1957). Balaklava dərin və dar boğazı andıran buxta üzərində yerləşir. 1357-ci ildə Balaklavanı genuyalılar tutmuşsa da 1475-dən türklərin hakimiyyətində olmuşdur. Antik müəlliflər (Ptolomey, Strabon), Balaklavanı Simbolon adlandırmışdılar. Odur ki, Kırıma sahib olan çarizm Balaklava şəhərinin adını Çembalo qoymuşdur. Lakin şəhər öz adıyla yaşamaqda və Axtiyara (müasir Sevastopol) birləşməkdədir. Qədim türk dilində balik, baluk şəhər deməkdir.1. Baskakov bu qədim türk sözünün balık "şəhər", balıkçi "qubernator, vali" mənası daşıdığını göstərir. 2. Balaklava kimi digər balık adlı yer adlarının mövcudluğu göstərir ki, bu vahidlər qədim türk dillərində "sığınacaq, düşərgə, şəhər, qala" mənasını bildirən balık sözündən yaranmışdır. Azərbaycanda Balik (İsmayıllı r.), Qara Balıq (Tovuz r.) Özbəkistanda Balıqçı, Türkiyədə Balıkhisar və s. faktlara rast gəlinməkdədir. Ermənistan ərazilərindəki türk toponimləri içərisində Balık, Balıklı, Quşçu Balık adları da olmuşdur. Habelə Balakleyka çayı (şimali Donetskin qolu) və üzərində Balakleya qalası, Saratov vilayətində Balakovo şəhəri adları həmin qədim mənanın təzahürləridir. Müasir dil üçün arxaikləşmiş, lakin əsl türk adlarının tərkibində öz qədim ilkin mənasını və şəklini saxlamış belə sözlərə nəzərən demək mümkündür ki, bu faktlar dilimizin qədim, hətta yazıya qədərki dövrün bitgin, leksik mənzərəsinin bərpa edilərək öyrənilməsi işində lazımlı mənbələrdir.
Balaklava qalasından Övliya Çələbi "canqurtaran liman Balıklava qalası" deyə bəhs edir və qalanın təbii təsvirini verməklə bu günlərin oxucusuna da lazımi mənzərəni yetirə bilir: "Tatarlar bura balığı çox olduğu üçün Balıklağı kirman deyərlər. Qala yalçın, qırmızı rəngli qayalar üzərində yüksəlmiş üç girişli bir qurğudur. Bəzi yeri dənizdən təpəsinədək 500 mimar arşını ucalığındadır. Qaladan dənizə baxıldıqda gəmilər milçək kimi görünürlər." Ardınca qalanın Bəyazidin dövründə təmir edilib möhkəmləndirildiyini qeyd edərək Balıklava qalasının təsvirinə girişən səyyah özünəməxsus canlı və eyni zamanda şirin bir tərzdə qalanı müfəssəl təsvir edir: qüllələri əsl sənət əsəridir və üç qatlı divarları dolama dolamadır. Qapılardan və xəndəklərdən bir-birinə keçilir. Bu qalaya hər hansı bir tərəfdən keçib zəfər bulmaq mümkün deyil. O yalniz quşatma ilə alına bilər.3. Balıklava qalasından aşağıda limanda iki-üç qatlı evləri olan iki məhəlləli qəsəbə vardır. Gömrük də bu limandadır. "Su başı (su~sü "qoşun"; subaşı burada rəis hərbi qubernator deməkdir-M. T.) Mehmet paşa limanı idarə edir, deyə Övliya Ata bu qiymətli məlumatı təfsilatı ilə tamamlayır.
Həlledici coğrafi üstünlükləri səbəbindən Kırım müharibəsi gedişində Balaklava döyüşü baş vermişdi.