Balans dəyəri və ya hesabaalma dəyəri — müəssisəyə, təşkilata və başqalarına məxsus əsas vəsaitlərin, uzun müddətli aktivlərin və s.-nin müəssisənin balansında əks olunduğu dəyər. Müəssisənin, təşkilatın və s.-nin balans dəyəri onun şəxsi kapitalı və xalis aktivlərinin məcmusu kimi hesablanır. Xalis aktivlər məcmu aktivlərin dəyəri ilə borc öhdəliklərinin ümumi həcminin (dəyər ölçüsündə) fərqinə bərabərdir. Səhmin hesabaalma dəyəri, şirkətin bütün aktivlərini toplayıb, hər hansı imtiyazlı qiymətli kağızın ödəmə qiyməti daxil olmaqla, bütün borc və öhdəliklərini çıxaraq müəyyən edilir. Alınan məbləği dövriyyədə olan səhmlərin miqdarına bölərək, hər bir sadə səhmin hesabaalma dəyəri əldə edilir. Şirkətin aktivlərinin və yaxud qiymətli kağızın hesabaalma dəyəri bazar qiymətindən fərqlənə bilər.[1]