| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Balayar Sadiq (1965, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və beynəlxalq "Rəsul Rza" mükafatı laureatı.
Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.[1]
İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub.
Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.[2]
- "Sərkərdə", "Şuşa nəşriyyatı", 1996
- "İgidliyin Bəxtiyar zirvəsi", "Təbriz nəşriyyatı", 1997
- "Ömürün hünər nəğməsi", "Təbriz nəşriyyatı", 1998
- "Ulu dağlar oğlu", "Hərbi nəşriyyat", 1999
- "Arzumanın döyüş yolu", "Adiloğlu nəşriyyatı", 2001
- "Rembo Elxan", "Hərbi nəşriyyat", 2002
- "Sərkərdə ömrünün işığı", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2002
- "Dağların Bəxtiyar oğlu", "Planet-press nəşriyyatı", 2004
- "Dağların oğul harayı", "Nasir nəşriyyatı", 2005
- "Müdrikliyin zirvəsi", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2007
- "Allahın unutuğu adam", "Yazıçı nəşriyyatı", 2010
- "Hünər simfoniyası", "MHS-poliqraf nəşriyyatı", 2010
- "Qeyrət qalasıdır vətən sərhədi", "Apostrof nəşriyyatı", 2012
- "Vətən ətirli olmur", "MBM nəşriyyatı", 2013
- "Ömrün gəraylı çağları", "MBM nəşriyyatı", 2014
- "İşıqlı adam", "MBM nəşriyyatı", 2015
- "Küsəkəran", "Elm və təhsil nəşriyyatı", 2015
- "Gözəllik işığı", "MBM nəşriyyatı", 2015
- "Payız məktubları", "MBM nəşriyyatı", 2016
- "Qızılbaş fəsli" , "Elm və təhsil nəşriyyatı" , 2018.