Balerinanın yaranması (film, 1972)

Balerinanın yaranması qısametrajlı sənədli filmi rejissor Sona Əlibəyova tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir.

Balerinanın yaranması
Janr sənədli
qısametrajlı
Rejissor Sona Əlibəyova
Ssenari müəllifi Sona Əlibəyova
Operator Nəriman Şıxəliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1972
Texniki məlumatlar 1 hissə
280 metr

Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. Biz onların Bakıdakı Xoreoqrafiya məktəbində bu sənətin incəliklərinə necə yiyələnmələrinin şahidi oluruq.[1]

İxtisas üzrə yuxarı sinif şagirdlərinin pedaqoqu olan Leyla Vəkilova öz şagirdlərinin məşqlərini diqqətlə izləyir. Onun qeyri-adi, ifadəli "əlləri danışır", uşaqlara nəyi isə başa salır.[1]

Bu qızlara və oğlanlara baxarkən inanırsan ki, Azərbaycan baletinin sabahı etibarlı əllərdədir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Sona Əlibəyova
Rejissor: Sona Əlibəyova
Operator: Nəriman Şıxəliyev

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 146

Azərbaycan filmlərinin siyahısı
1972-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı