Balkan yarımadası gölləri — Balkanlardakı göllər qismən tektonik və qismən də əhəng daşı aşınmasına bağlı olaraq yaranmışdır. Şimaldakı İşkodra gölü Balkanların ən böyük gölü olmaqla birlikdə Oxrid gölü də Balkanların ən dərin gölüdür. Prespa gölü isə Makedoniya Yunanıstan və Albaniya sərhədləri daxilindədir. Digər bir tərəfdən Balkanların şimal və şimal şərqində Kiçik Alp gölləri də mövcuddur.
Oxrid gölü dünyanın ən geniş bioloji müxtəlifliyə sahib göllərindən biri hesab olunur. Göldə vaxtilə böyük bir bataqlıq ərazisi var idi, lakin torpaqların şəhər və kənd təsərrüfatı torpaqlarına çevrilməsi səbəbindən çox hissəsi itirilib. Hazırda qalan bataqlıq Oxrid şəhəri yaxınlığındakı Studenchishte bataqlığıdır. Bataqlıq ərazi müxtəlif bitki və heyvan növləri üçün mühüm yaşayış yeridir. Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Beləki planariyalılar, süngərlər, molyuskalar, xərçəngkimilər və süngərlər arasında böyük endemizm müşahidə olunur. Göldə 68 şirin su ilbizi növü var. Göldə tapılan balıq növlərinə siprinidlər, Oxrid alabalığı və belvika daxildir. Bataqlıq bir neçə su quşunun, o cümlədən qara ördək, Dalmatian qutanı, xallı qartallar və qu quşları üçün vacib yaşayış yeridir.[1].
Oxrid Gölünün çox yaşı vardır. 2–3 milyon il bundan əvvəl tektonik hadisələr nəticəsində meydana gəlmişdir. Bu qədər yaşı olması və ətrafındakı təpə dağlar tərəfindən çevrələnməsi gölün bitki və heyvan aləminin müxtəlifliyinə gətirib çıxarıb. Oxrid Gölündə yaşayan 17 balıq növündən 10-u endemikdir. Oxrid Gölünün hövzəsi 3 ölkənin ərazində:Albaniya, Makedoniya, və Yunanıstan yerləşir.1980-ci ildə Oxrid Gölünün Makedoniya ərazisindəki hissəsi UNESCO-nun mədəni və təbii irs siyahısına daxil edilib. Gölün sahil xəttinin uzunluğu 87,5 km uzunluğunda olub sahəsi 358 km²-dir. Gölün ortalama dərinliyi 164 metr olub ən dərin yeri 289 m-dir. Oxrid Gölü hövzəsi hündür dağlar, Böyük və Kiçik Prespa Göllərini də əhatə edir. Bununla da ümumi sahəsi 3,921 km²-ə yaxındır. Makedoniya hissəsində Sateska və Koselska çayları gölün əsas su mənbələrini təşkil edir. Albaniya hissəsində isə Pogradec və Verdova çayları da gölün əsas mənbələrindəndir. Digər mənbələri isə gölün cənub hissəsindən gəlib gölə tökülən St. Naum, Drilon və Tushemist çaylarıdır. Prespa gölündə yer alan sular hər 11 ildə bir yenilənməkdədir. Struqa yaxınlarında Oxrid Gölündən axan sular Qara Drim Gölünə tökülür və göl öncə İşkodra daha sonra isə Adriatik dənizinə suyunu tökür.
İşkodra gölü Balkan yarımadasının sahəsinə görə ən böyük gölüdür. Gölün drenaj sahəsi təxminən 5,500 km² olub 4,470 km²-i Monteneqro 1,030 km²-i Albaniya sərhədləri daxilində yerləşir. Gölün sahəsi quraqlıq zamanı 353 km² olub yağışlı mövsümlərdə isə 500 km²-ə çatmaqdadır[2].