Ballıbaba

Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi.

Dalamaz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir. Balverəndir.

Gövdəsi sürünən, qol-budaqlı olur. Yarpaqları diş-diş tünd yaşıl rəngdədir və mərkəzi damarcığın boyunca gümüşü ləkələr var. Yalançı çiçək göbəsində ağ, çəhrayı və purpur (al-qırmızı) rəngli çiçəkləri olur.

Növləri[redaktə | mənbəni redaktə et]

Dalamaz - (lat. Lamium amplexicaule)

İstinadlar[redaktə | mənbəni redaktə et]