Baloğlan Bağırov (tam adı: Baloğlan Həbib oğlu Bağırov; 23 yanvar 1966, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ – 29 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Baloğlan Bağırov | |
---|---|
Baloğlan Həbib oğlu Bağırov | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Həbib |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Baytarlıq laboratoriyasında işçi |
1966-cı il yanvarın 23-də Maştağa qəsəbəsində anadan olmuşdur.[2] Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işləmişdir.
Ailəli olmuş, iki oğlu və bir qızı yadigar qalmışdır.
Ad günü olan gün, yanvarın 23-də, saat 16.00-da Tbilisi prospektində benzindoldurma məntəqəsinin yaxınlığında, 1 nömrəli taksimotor parkının yanında hərəkət edən zaman hərbçilər heç bir səbəb olmadan onları atəşə tutmuş, Baloğlan döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır.[3] Xəstəxanaya aparılmış, lakin aldığı xəsarətlərdən yanvarın 29-da xəstəxanada vəfat etmişdir.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Yaşamış olduğu Maştağa qəsəbəsində adına küçə var.