Balti çölü

Balti çölü (rum. Stepa Bălțului) və ya Beletski çölü (Бельцкая степь ) - Moldovanın şimalında təpəli çöl. Dnestr və Ruet çayları yaxınlığında yerləşən bu ərazidə kiçik göllər və bulaq yerləri yetərincə çoxdur. Seyrək ağac və kolluqlar üstünlük təşkil edir. Kənd təsərrüfatına yararlı əkin sahələri üstünlük təşkil edir. Mülayim iqlimə malikdir. Soyuq qışı, qızmar yayı ilə xarakterizə olunur. Orta illik temperatur 8,0-8,5 ° С-dir. Orta illik yağıntı - 510-545 mm-dir. Yağıntılar ilin isti vaxtlarına təsadüf edir (aprel-oktyabr).

Balti
rum. Stepa Bălțului, rus. Бельцкая степь
Yerləşməsi
47°46′ şm. e. 27°50′ ş. u.
Ölkə  Moldova
Balti xəritədə
Balti
Balti

Balti çölünün ümumi sahəsi 1920 km²-dir. Çöl ərazisinin 2,7 % (51 km²) meşə örtüyüdür. Bölgə Moldovanın digər əraziləri kimi kənd təsərrüfatı rayonu hesab olunur. Qara və məhsuladar torpaq örtüyünə malikdir.[1]

Coğrafi baxımdan Balti çölü Moldova düzənliyini hissəsi hesab olnur. Hər iki coğrafi obyek isə Moldova yayalasının altı komponentindən biridir. Çöl adlandırılmasına baxmayaraq ərazinin kənarları təpəli relyefə malikdir. Daxili hissələrin dəniz səviyyəsindən hündürlüyü 200 metrdir. Kənar ərazidə yerləşən təpəlik ərazilər çay dərələri ilə parçalanıb. Əsas çay sistemi Ruet və Prut çayıdır. Bütün çaylar cənub-şərq istiqamətdə axır və Qara dəniz hövzəsinə aiddir.

Bölgənin təbi landşaftı meşə-çöldür. Ancaq uzun zaman sürən təsərrüfat işləri nəticəsində ərazi çölə çevrilmiş. Qara torpaqlı bu ərazinin 80 % kənd təsərrüfatında istifadə olunur. Meşə örtüyü ancaq 3% ərazini əhatə edir. Çöl ərazidə meyvə-tərəvəz, üzüm, kartof, tütün, buğda, qarğıdalı və s. əkilir.

  1. "Concept of National Ecological Network of the Republic of Moldova". Biotica Ecological Society. February 2004. 2015-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-30.