Baltik sipəri və ya Baltik qalxanı — Avropanın şimal-qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiyanı, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan-qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan, arxey və proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.[1]