Balxan dağları

Balxan dağlarıTürkmənistanın qərbində Uzboy dərəsi ilə ayrılan dağ silsilələri

Balxan dağları
Yerləşməsi
39°40′ şm. e. 54°34′ ş. u.HGYO

Böyük Balxan dağlarının hündürlüyü 1880 m, uzunluğu 70 km-ə qədərdir. Yura və Tabaşirin əhəngdaşı və qumdaşılarından ibarətdir.

Kiçik Balxan dağlarının hündürlüyü 777 m, uzunluğu 30 km-ə qədərdir. Əsasən, əhəngdaşı və merkeldən ibarətdir. Yamaclarında səhra (seyrək halda) və çöl bitkiləri bitir. Bəzi yerləri əkin üçün istifadə olunur.