Banat Batırova

Banat Hairullovna Batırova (16 dekabr 1904, Staromusino[d], Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası19 iyul 1970, Staromusino[d], Başqırd MSSR) — Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasında Sosialist Əməyi Qəhrəmanı ünvanını qazanan ilk qadın, Başqırdıstan Ali Sovetinin II, III və IV çağırış millət vəkili.[1][2]

Banat Batırova
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1904(1904-12-16)
Doğum yeri
Vəfat tarixi 19 iyul 1970(1970-07-19) (65 yaşında)
Vəfat yeri

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Banat Batırova 16 dekabr 1904-cü ildə (bəzi mənbələrə görə 1902-ci ildə) Ufada böyük bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının erkən yaşda ölməsindən sonra Batırova 6 yaşında işləməyə başladı ana anasına kömək etdi. 1921-ci ildə evləndi və Utyaqanovoya köçdü.[3]

1932-ci ildə kolxozun çuğundur istehsalçıları zəncirinin üzvü oldu. İkinci Dünya müharibəsi başladıqdan sonra kişilərin müharibəyə getməsindən sonra kolxoz istehsalatında qadınlar böyük payla işləməyə başladı. 1943-cü ildə Batırova həyat yoldaşını müharibədə itirdi. 1946-cı ildə Batırova 500-dən çox hektar ərazidən şəkər çuğunduru toxumları toplamağı bacardı. Çuğundur məhsul rekorduna görə 1948-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. Bundan əlavə, "Lenin" ordeni ilə də təltif edildi.[2]

1960-cı ildə təqaüdə ayrıldı, lakin 19 iyul 1970-a, yəni vəfatına qədər öz kəndində yaşadı.

Banat Batırova Başqırdıstan Ali Sovetində II, III və IV (1947–1959) çağırış millət vəkili olmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Banat Batırovanın adı doğma bölgəsində küçəyə verilmişdir. Heykəltəraş Pavlovna Neçayeva "Başqırdıstan kolxozunun çuğundur yetişdiricisi" adı ilə onun heykəlini hazırlamışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Трудолюбие, победившее сомнение". agidel.ru. 27 may 2019. 27 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 feral 2021.
  2. 1 2 Герои труда/ Справочник о Героях Социалистического Труда и кавалерах ордена Трудовой Славы трех степеней из Башкортостана./ сост. Р. А. Валишин [и др.]. — Уфа : Китап, 2011. — 432 с. : ил. ISBN 978-5-295-05228-6
  3. Башкирская энциклопедия. Гл. ред. М.А. Ильгамов т. 1. А-Б. 2005. — 624 с.; ISBN 5-88185-053-X. науч.. изд. Башкирская энциклопедия, г. Уфа.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]