Bandırma Onyedi Eylül Universiteti

Bandırma Onyedi Eylül Universiteti (BANU) — Türkiyənin Balıkəsir şəhərinin Bandırma rayonunda 2015-ci ildə qurulan dövlət universiteti.[4]

Bandırma Onyedi Eylül Universiteti
Bandırma Onyedi Eylül Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub aprel 2015
Tələbə sayı 13.500[3]
Ölkə
Universitet şəhərciyi Merkez Yerleşke(Bandırma),
Sağlık Bilimleri Fakültesi Yerleşkesi(Bandırma),
Bandırma MYO,
Gönen MYO,
Manyas MYO,
Erdek MYO[2]
Sayt bandirma.edu.tr

Universitetin tarixi 3 iyul 1993-cü il tarixli 3897 saylı qanunla Balıkəsir Universitetinin nəzdində qurulan və 18 oktyabr 1993-cü ildə İqtisadiyyat və İdarəetmə fakültələri ilə təhsilə başlayan Bandırma İqtisadiyyat və İdarəetmə Fakültəsindən başlayır. Elə həmin il Bandırma Peşə Məktəbi, sonrakı illərdə isə Balıkəsir Universitetinin tərkibində Gönen Peşə Məktəbi, Manyas Peşə Məktəbi, Erdek Peşə Məktəbi və Bandırma Sağlamlıq Məktəbi təhsil və təlim fəaliyyətlərinə başlamışdır. Bölgənin ehtiyacları və bölgə əhalisinin sıx tələbi nəticəsində Bandırma Onyedi Eylül Universiteti 23 aprel 2015-ci il tarixli 6640 saylı Qanunla Balıkəsirdə ikinci universitet olaraq quruldu.[5]

Universitetin adı 1922-ci il 17 sentyabr tarixindən — istiqlaliyyət müharibəsi zamanı Bandırmada düşmən qüvvələrinə son güllənin atıldığı və Türkiyə müstəqilliyinin əbədi olaraq qorunub saxlanacağının qeyd edildiyi gündən gəlir.[5]

Universitet hazırda 12 fakültə, 1 institut, 1 kollec, 8 peşə məktəbi və 19 tətbiq və araşdırma mərkəzi ilə ümumilikdə 11 kampusda təhsil və tədqiqat fəaliyyətini davam etdirir.[5]

  • Tibb fakültəsi
  • Dənizçilik fakültəsi
  • İqtisadiyyat və İnzibati elmlər fakültəsi
  • Humanitar və Sosial elmləri fakültəsi
  • Mühəndislik və Təbiət elmləri fakültəsi
  • Ömər Seyfəddin adına Tətbiqi elmlər fakültəsi
  • Sağlamlıq Elmləri fakültəsi
  • Xarici Dillər kolleci

Peşə kollecləri

[redaktə | mənbəni redaktə et]
  • Ədliyyə Peşə kolleci
  • Bandırma Peşə kolleci
  • Bandırma OSB Texniki Elmlər Peşə kolleci
  • Dənizçilik Peşə kolleci
  • Erdek Peşə kolleci
  • Gönən Peşə kolleci
  • Manyas Peşə kolleci
  • Sağlamlıq Xidmətləri Peşə kolleci
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. https://www.bandirma.edu.tr/tr/www/Sayfa/Goster/185 https://web.archive.org/web/20190801161635/https://www.bandirma.edu.tr/tr/www/Sayfa/Goster/185
  3. https://www.bandirma.edu.tr/Content/Web/Yuklemeler/DosyaYoneticisi/600/files/BAN%C3%9C_Tanitim_Kitabi_2019.pdf.
  4. http://www.resmigazete.gov.tr/eskiler/2015/04/20150423.pdf https://web.archive.org/web/20150924125648/http://www.resmigazete.gov.tr/eskiler/2015/04/20150423.pdf
  5. 1 2 3 "BANDIRMA ONYEDİ EYLÜL ÜNİVERSİTESİ - Rektörlük Goster". www.bandirma.edu.tr. İstifadə tarixi: 2024-09-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]