Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление — ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı.
Baş Kəşfiyyat İdarəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Rusiya |
Yaradılma tarixi | 7 may 1992 |
Tabelik | Rusiya Müdafiə Nazirliyi |
Ştat sayı |
|
İllik büdcəsi | bilinmir |
Ünvan | Qrizodubovoy küçəsi 3, Moskva |
Rəhbərlik | |
Rəhbər | İqor Korobov |
|
|
Rəsmi saytı | Rusiya MN-nin rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi adı — Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi 44388 saylı hərbi hissəsi.
BKİ Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir. Suilahlı Qüvvələrin marağına uyğun bütün növ kəşfiyyatla məşğul olur — agentura şəbəkəsi, kosmik və radioelektronika kəşfiyyatı.
XVI əsrdə Rusiyada kəşfiyyat aparan və təşkil edən ilk mərkəzi idarəetmə orqanları meydana çıxır ki, bu da dövlət rəhbərliyinin düşmənin niyyətləri və məqsədləri barədə məlumatlılığının artmasına səbəb olur. 1654-cü ildə çar Aleksey Mixayloviçin Fərmanı ilə kəşfiyyat idarəçiliyinin cəmləşdiyi gizli işlər əmri yaradılmışdır. I Pyotr 1716-cı ilin hərbi Nizamnaməsində ilk dəfə olaraq kəşfiyyat işi üçün qanunvericilik və hüquqi bazanı yaradır. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində hərbi əməliyyatların güclənməsi kəşfiyyat qarşısında yeni vəzifələr qoyur, onun səlahiyyətlərinə isə yeni qüvvə və vasitələr cəlb olunur. Rusiya hərbi kəşfiyyatının daimi fəaliyyət göstərən mərkəzi orqanının təşkilinə isə Rusiyanın 1805-ci ildən Napoleon Fransası ilə apardığı qanlı müharibələr həlledici təkan verib.
Ancaq Rusiyada hərbi kəşfiyyatın tam mərkəzləşdirilmiş orqanları yalnız 1863-cü ilin sentyabr ayında formalaşdı. O vaxt imperator Aleksandr II iki il ərzində təcrübə şəklində baş qərargahın Baş İdarə Mövqe və Ştatını (BİMŞ) təsdiqlədi. Təcrübə şəklində iki il müddətinə tətbiq edilən yeni hərbi kəşfiyyat strukturu bütövlükdə özünü doğrultdu. Ona görə də 1865-ci ildə Hərbi Nazirliyin növbəti yenidən təşkili zamanı onu saxlamışdır.
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |