Bank qanunu

Bank qanunu — ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət müstəqil kompleks hüquq sahəsidir. Mərkəzi bank və kredit təşkilatları tərəfindən həyata keçirilməsi, habelə bank sisteminin tənzimlənməsi prosesində və bütün bank mübahisələrinin məcmusunda yaranır.

Bank fəaliyyəti ilə bağlı münasibətlər müvafiq hüquq normaları vasitəsi ilə tənzimlənir; məhz belə normaların sistemi bank hüququ adlanır. Bank hüququ dedikdə bank fəaliyyəti ilə bağlı kredit təşkilatları və ayrı-ayrı şəxslər (müştərilər) arasında yaranan ictimai münasibətləri nizama salan hüquq normalarının məcmusu başa düşülür. Bu, obyektiv mənada bank hüququna verilən elmi (doktrinal) anlayışdır. Obyektiv mənada bank hüququnun əsas funksiyası bank fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirməkdən ibarətdir. Bank fəaliyyəti dedikdə məqsədyönlü şəkildə edilən elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər ayrı-ayrı şəxslərə xüsusi xarakterli əmtəə olan xidmət (bank xidməti) göstərilməsinə yönəlmişdir. Ayrı-ayrı şəxslərə göstərilən bank xidməti müxtəlif növlərdə olur. Söhbət bankların həyata keçirdikləri fəaliyyət növlərindən gedir. Bankların həyata keçirdikləri fəaliyyət növləri isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsində sadalanır. Bu maddəyə görə, bank fəaliyyətinin növləri aşağıdakılardan ibarətdir:[1]

  1. kreditlər vermək;
  2. depozitlər (əmanətlər) və digər qay ta rı lan vəsaitlər cəlb etmək;
  3. şəxslər üçün hesab açmaq və onları aparmaq;
  4. köçürmə və kassa-hesablaşma xidmət ləri göstərmək;
  5. lizinq;
  6. faktorinq;
  7. forfeytinq və s.

İqtisadiyyatın ayrı-ayrı sahələrini maliyyə ləşdirən banklar hal-hazırda həddən artıq fəaliyyət növlərini həyata keçirirlər. Odur ki, bankların fəaliyyəti çoxşaxəlidir.[2]

Bank işinin tənzimlənməsi və bank nəzarəti

[redaktə | mənbəni redaktə et]

Bank tənzimləməsi dövlət tənzimləmə formasıdır ki, ona əsasən bank müəyyən tələblərə, məhdudiyyətlərə və təlimatlara tabedir, digər məsələlərlə yanaşı, bank institutları ilə bankların iş apardığı şəxslər və korporasiyalar arasında bazar şəffaflığı yaratmaq üçün nəzərdə tutulmuşdur. Tənzimləmə maliyyə bazarlarında əsas amillərə diqqət yetirdiyi üçün o, məhkəmə təcrübəsi və özünütənzimləmə bazar mexanizmi ilə birlikdə maliyyə hüququnun üç komponentindən birini təşkil edir.[3]

Bank sektorunda tənzimləmə və nəzarətin məqsədləri bank sisteminin sabitliyini qorumaq, əmanətçilərin və kreditorların maraqlarını qorumaqdır.

Bank sənayesinin qarşılıqlı əlaqəsini və milli (və qlobal) iqtisadiyyatın banklardan asılılığını nəzərə alaraq, bu qurumların standartlaşdırılmış təcrübələri üzərində tənzimləyici nəzarətin saxlanılması çox mühüm vəzifədir. Bundan əlavə, maliyyə hüququ əsasən maliyyə (bank) bazarına, kapital bazarına və sığorta sənayesinə yönəlmişdir.[4] Bu cür tənzimləmənin tərəfdarları xüsusilə bu sənayenin sistemli əhəmiyyətini vurğulayırlar (ingiliscə: iflasa uğramaq üçün çox böyükdür, çünki əksər maliyyə institutları (xüsusilə investisiya və kommersiya bankları) iqtisadiyyat üzərində böyük nəzarətə malikdirlər, bunun müflisləşməsi çox dağıdıcı nəticələrə səbəb ola bilər. Eyni zamanda, məhz bu qərar böhran vəziyyətlərində hökumətin xilasetmə paketi üçün ilkin şərt rolunu oynayır, onun çərçivəsində banklara və ya digər maliyyə institutlarına onların iflası təhlükəsi yarandıqda dövlət tərəfindən maliyyə yardımı göstərilir. Hesab edilir ki, bu cür yardımlar olmasa, banklar nəinki müflisləşəcək, həm də bu, bütün iqtisadiyyat üçün çox böyük nəticələrə və sistem böhranına gətirib çıxaracaq. Həmçinin bank qaydalarına riayət olunmasına bank auditorları tərəfindən nəzarət edilir.

Bank fəaliyyətinin tənzimlənməsinin məqsədləri

[redaktə | mənbəni redaktə et]

Bank fəaliyyətinin tənzimlənməsinin məqsədləri səlahiyyət dairəsindən asılı olaraq dəyişir. Ən ümumi məqsədlər bunlardır:

  • prudensial məqsəd: bankın kreditorlarının məruz qaldığı risk səviyyəsinin azaldılması (yəni əmanətçilərin müdafiəsi);[5]
  • çoxsaylı və ya iri bank uğursuzluqlarına səbəb olan banklar üçün əlverişsiz iqtisadi şəraitdən yaranan sistem riskinin azaldılması;[6]
  • banklardan, xüsusən də cinayət məqsədləri üçün, məsələn, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması üçün sui-istifadənin qarşısını almaq;
  • bank sirrinin qorunması;
  • kredit bölgüsü: vəsaitlərin əhəmiyyətli sektorlara yönəldilməsi;
  • müştərilərə ədalətli davranmaq və korporativ sosial məsuliyyəti təmin etmək.
  1. . Bağırov M.M. Banklar və bank əməliyyatları. Dərslik. Bakı, 2003, s.3
  2. "Банковское право: понятие, источники, принципы, нормы". suvorov.legal (rus). 2014-02-28. 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  3. Joanna Benjamin, Financial Law (2007, Oxford University Press), 7
  4. Vertesy, László. "The Place and Theory of Banking Law - Or Arising of a New Branch of Law: Law of Financial Industries". Collega (ingilis). 2-3. XI. 2007. SSRN 3198092.
  5. Federal Deposit Insurance Corporation. "Risk Management Manual of Exam Policies, Section 1.1". 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-17.
  6. Section 115, Dodd–Frank Wall Street Reform and Consumer Protection Act. "Pub. L. 111-203" (PDF). 2011-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Reserve requirements

[redaktə | mənbəni redaktə et]

Capital requirements

[redaktə | mənbəni redaktə et]

Agenda from ISO

[redaktə | mənbəni redaktə et]