Banks yarımadası (ing. Banks Peninsula) — Yeni Zelandiyanın Cənub adasında yerləşən vulkanik mənşəlli yarımada. Yarımadanın sahəsi 1150 km² təşkil edir. Yarımada ətrafında çoxlu sayda havan, körfəz və buxta vardır. Cənub adasının ən böyük şəhəri olan Kraystçerç yarımadanın şimalında yerləşir.
Banks yarımadası | |
---|---|
Banks Peninsula | |
Ümumi məlumatlar | |
Sahəsi | 1150 km² |
Ən yüksək nöqtəsi | 919 m |
Yerləşməsi | |
43°43′36″ c. e. 172°49′45″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Yeni Zelandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Araşdırmalar göstərir ki, təbii meşələr yarımadanın 98 % əhatə edirdi. Maopri və avropalıların təsərüffat fəaliyyəti sayəsində meşələrin sahəsi 2 % qədər azalmışdır. avropalılar özü ilə burta bir çox yeni ağac növləri gətirmişlər. Son zamanlar isə meşə örtüyünün bərpası işləri aparılır. Bu məqsədlə özəl Hinevai qoruğu təşkil edilmişdir.
yarımada ətrafında çoxlu sayda marikultur təsərrüfatlar qurulmuşdur.
Yarımada ətrafınmda böyük dəniz qoruğu yerləşir ki burada da torparın yerləşdiriulməsi qadağan edilmişdir. Bu qoruğun təşkilimnin əsas səbəbi Qektor delfinlərinin qorunub saxlanılmasını təmin eləməkdir. Ekoturizm yarımadanın ən əhəmiyyətli sahələrindən hesab edilir.
Yarımadada, Fleya körfəzində Pohatu Dəniz qoruğu və Akaroa buxtasında isə Akaora Dəniz qoruğu yerləşir.