Bannoye gölü (Başqırd dili. Мауыҙлы күле — «cadügər gölü», başqırd dili. Яҡтыкүл — «işıqlı göl»)- Başqırdıstanda yerləşən göldür. Hövzəsi Baykal gölünə daxildir.[1] 1965-ci ildən təbiət abidəsidir.
Bannoye | |
---|---|
başq. Яҡты күл | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 434 m |
Eni | 1900 km |
Uzunluğu | 4200 km |
Sahəsi | 7,7 km² |
Həcmi | 81,7 km³ |
Dərin yeri | 28 m |
Orta dərinliyi | 10,6 m |
Yerləşməsi | |
53°35′48″ şm. e. 58°37′47″ ş. u. | |
Ölkə | Rusiya |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün sahəsi — 7,7 km², uzunluğu — 4170 m, orta eni isə — 1880 m-dir. Maksimal dərinliyi 28 m[2], orta dərinliyi isə 10,6 m-dir. Gölün ümumi həcmi 81,7 mln m³[1], hövzəsinin sahəsi isə 36,3 km²-dir.[1]
Göl Başqırdıstan Uralının zirvələri olan Kutukay (664 m), Karanyalık (620 m) və Yamankaya dağ silsiləsinin qollarının orta hissəsi arasında yerləşmişdir. Göl Başqırdıstanın Abzelovski rayonunun mərkəzi olan Askarova kəndindən 28 km şimal-şərqdə yerləşmişdir. Maqnitorskdan isə 45 km şimalda yerləşib.
Bannoye gölü tektonik mənşəli göldür. Bannoye gölü təkcə Zauralın daxilində deyil, həm də bütünlüklə respublikada ən dərin göllərdən biri hesab olunur. Gölün suyu şirin və şəffafdır. Sıldırımlı yerlərə, sərt qayalıqlara, qumlu sahillərə malikdir. Qərbdə basıq formadadır. Gölə Yangelka çayı tökülür. Çay Ural çayının sağ qoludur.
Bannoye gölünün adı ilə bağlı əfsanə vardır. Yemelyan Puqaçov bir gün döyüşdən əvvəl öz qoşununa yuyunmağı əmr edir. Ordu isə Bannoe gölündə yuyunur. Göl də adını buradan götürür.
Ehtimal olunur ki, Bannoye gölünün adı gündəlik həyatdan götürülmüşdür. Çünki gölün tarixən adı Yaktıkul gölü olub.
Bəzi versiyalara görə, Bannoye sözü Mauızzı (başq. Мауыҙҙы) sözündən götürülüb. Mauızzı türk xalqlarında mifik varlıqlardan hesab olunur. Sözün mənası isə hüdudsuz, acgöz deməkdir.[3]
Göl və onun ətrafları əsas istirahət mərkəzlərindəndir. Gölün ətrafında sanatoriyalar və istirahət bazaları yerləşir. Dağ xizək mərkəzinə də rast gəlmək olar.