Banqka (ind. Pulau Bangka) — Sumatra adasından şərqdə, İndoneziya ərazisində yerləşir. Əhalisi (2010 il.) 960 692 nəfər təşkil edir. Sahəsi 11 910 km²-dir.
Banqka adası | |
---|---|
ind. Pulau Bangka | |
Ümumi məlumatlar | |
Sahəsi | 11910 km² |
Uzunluğu |
|
Eni | 114 km |
Hündür nöqtəsi | 63 m |
Əhalisi | 960.692 nəfər (2010-cu il) |
Yerləşməsi | |
2°15′00″ c. e. 106°06′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belitunq adası ilə birlikdə bir vilayətin ərazisinə daxildir. Sumatra adasından şərqdə eyni adlı Banqka boğazı ilə ayrılır. Şimaldan Cənubi Çin dənizi, cənubda isə Yava dənizi ilə əhatələnir. Belitunq adasından Qaspar boğazı ilə ayrılır. Reylefi əsasən hamar düzənliklərdən, bataqlıqlardan, hündür olmayan təpələrdən və qumsal çimərliklərdən ibarətdir. Adada Ağ istiot becərilir və olova çıxarılır.
Ən iri şəhəri Pankalpinanqdir. İkinci ən iri şəhəri isə Sumqayliatdır. Əsas limanı Muntok şəhəridir. Belinyu şəhəri öznün dəniz məhsulları ilə məşhurdur. Koba şəhərində olov çıxarılır.
Adanın əsas əhalisi İndoneziya malaylılarıdır. Üstəlik burada Çin yarımqrupuna aid Xakka xalqı yaşayır. Əhali isə əsasən istiot yetişdirilməsi ilə məşğul olurlar.