Banya Luka yeparxiyası

Banya Luka yeparxiyası (serb. Епархија бањалучка) — Bosniyanın şimal-qərbində yerləşən Serb Pravoslav Kilsəsinin yeparxiyası.

Banya Luka yeparxiyası
Serb Pravoslav Kilsəsi
Məlumat
Ölkə Bosniya və Herseqovina
Yeparxiya mərkəzi Banya Luka
Baş kafedral məbədi Xilaskar Məsih Məbədi
Arxiyerey dərəcəsi Yepiskop
Arxiyerey titulu Banyalukski
Fəaliyyətə başlayıb 1900-cü il

Tarixi[redaktə | mənbəni redaktə et]

1900-cü ildə Banya Luka Bixaç yeparxiyası, Dabro-Bosniya Mitropoliyasından ayrılaraq Konstantinopol Pravoslav Kilsəsinin bir hissəsi olaraq quruldu. Yeparxiyanın ərazisində 200-dən çox kilsə və ibadətgah var idi.

1925-ci ildə Banya Luka Bixaç yeparxiyası iki hissəyə bölündü, Banya Luka yeparxiyası və Bixaç yeparxiyası. II Dünya Müharibəsi ərəfəsində yeparxiyada 167 ibadətgah, 103 kilsə icması, 102 prixod və 2 fəaliyyət göstərən monastır (Qomionitsa və Moştanitsa) vardı. Pravoslav camaatı 424.075 nəfər idi.

Banya Luka yeparxiyasının idarəsi

1940-cı ildə Yuqoslaviyanın alman qoşunları tərəfindən işğalından sonra, yeparxiya 12 aprel 1941-ci ildə yaradılan Müstəqil Xorvatiya Dövlətinin ərazisində qaldı və burada Serbiya kilsəsi şiddətli təqibə məruz qalırdı. İkinci Dünya Müharibəsi illərində 64 pravoslav kilsəsi, 1 monastır və 34 prixod evi dağıdılmışdır, 94 kilsə arxivi məhv edilmişdir, 21 kilsə və 3 monastır ciddi ziyan görmüşdür. 1945-ci ildə Serb Pravoslav Kilsəsinin Arxierey Sinoduna görə, yeparxiyada 100 mindən çox pravoslav serb və 14 keşiş qətlə yetirilmişdir.

1948-ci ildə Müqəddəs Arxierey Baş Kilsəsinin qərarı ilə yeparxiyanın tərkibinə bir neçə rayonu əlavə olundu, hansılar ki əvvəllər Qornokarlovats yeparxiyasının bir hissəsi idilər.

1991-1995-ci illərin hərbi əməliyyatları nəticəsində yeparxiyada 2 pravoslav kilsəsi dağıdıldı, 3-ü zərər gördü, 2 prixod evi yandırıldı.

Yeparxiyanın ruhi mərkəzi Qomionitsa, MoştanitsaLiple monastırlarıdır.

Monastırları[redaktə | mənbəni redaktə et]

Fəaliyyət göstərən
Dağıdılmış

Yepiskoplar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • БАНЯ-ЛУКСКАЯ ЕПАРХИЯ // Pravoslav Ensiklopediyası. — Moskva. : Церковно-научный центр «Православная энциклопедия», 2002. — Т. IV. — С. 307-308. — 752 с. — 39 000 экз. — ISBN 5-89572-009-9.