Qradişka (bosn. Bosanska Gradiška, serb. Градишка / Gradiška, xorv. Bosanska Gradiška)[1][2][3] — Bosniya və Herseqovinanda yerləşən şəhər. Serb Respublikasına daxil olan eyni adlı icmasının və subregionun inzibati mərkəzidir. Banya Luka bölgəsindən şimalda yerləşir. Qradişka dəniz səviyyəsindən 92 m yüksəklikdə yerləşir. Şəhər Serb Respublikasının ən əhəmiyyətli sərhəd keçidlərindən birinə sahibdir. İcma 762 km² ərazisi olan Liev və Podkozarye ərazisini tutur. Coğrafi cəhətdən Krajinanın şərq bölgəsində yerləşir. Xorvatiyanın Stara Qradiska şəhərinin qarşı tərəfində, Sava çayının sağ sahilində və Banya Lukadan təxminən 40 km şimalda yerləşir.
Qradişka | |
---|---|
45°08′ şm. e. 17°15′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 163 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 78400 |
Digər | |
opstina-gradiska.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qradişkada yuqoslaviyalı partizan olan, Yuqoslaviyanın Xalq Qəhrəmanı Lepa Radiçin təhsil almışdır.
Vaso Çubriloviç bu şəhərdə anadan olub.
2013-cü il siyahıyaalınmasına görə şəhərin əhalisi 16 106 nəfər, icma əhalisi isə 56 727 nəfər olmuşdur[4].
1991-ci il siyahıyaalınmasına əsasən, şəhərdə 16 841 nəfər yaşayırdı, bunlardan 42,68% - Bosniya müsəlmanları, 38.60% - serblər, 10.61% - Yuqoslavlar, 4.63% - xorvatlar olmuşdur.