Baqautdin Asmetirov (17 oktyabr 1898, Yaxsay, Xasavyurd rayonu – 3 aprel 1967, Mahaçqala) — qumuq şairi, dövlət xadimi, Dağıstan Yazıçılar Birliyinin ilk sədri, Dağıstan MSR Xalq Maarif Komissarı və Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin üzvü idi. Milliyyətcə qumuqdur.
Baqautdin Astemirov | |
---|---|
Doğum tarixi | 17 oktyabr 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 3 aprel 1967 (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyət illəri | 1917–1967 |
17 oktyabr 1898-ci ildə Aksay kəndində kasıb bir ailədə anadan olmuşdur. İlk təhsilini mədrəsədə alır. 1917-ci ildə Astemirov Temir-Xan-Şuradakı pedaqoji kurslara daxil olur və bundan sonra Aksay kənd məktəbinin müdiri təyin edilir. Vətəndaş müharibəsi zamanı Zaynalabid Batırmirzəyevin partizan dəstəsinə qoşulur. Sovet İttifaqında və Dağıstanda bomba qoyulması üzrə mütəxəsis olaraq döyüşlərdə iştirak edir və respublika komsomolunun təşkilatçılarından biri olur.
Baqautdin Asmetirovun ilk nəşrləri vətəndaş müharibəsi illərində ortaya çıxır, "Hücum" pyesi o illərdə bir çox həvəskar dram dərnəkləri tərəfindən səhnələşdirilir.
Qumuq "Molodoy Daqestaneç" qəzetində redaktor işləyir. 1928-ci ildən ədəbi yaradıcılığa çox diqqət yetirir. Bu zaman Astemirov Dağıstan Proletar Yazıçılar Birliy Orqburosunun sədri olur. 1929–1937-ci illərdə Dağıstan xalq maarif komissarı və Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin üzvü idi. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü seçilir. Astemirovun ilk nəşrləri Vətəndaş müharibəsi illərində ortaya çıxır. Daha sonra bir çox həvəskar dram dərnəklərinin səhnələşdirdiyi "Hücum" pyesini yazır. Astemirov tez-tez şeir və publisistik məqalələrlə çap olunur. 1932-ci ildə nəşr olunan ilk "Dağıstan şairləri" toplusunun yazarıdır. 1933-cü ildə ana dilində ilk şeirlər toplusu "Mübarizə" nəşr olunur. 1957-ci ildə "Səhər ulduzu" toplusu, "Kim təxmin edəcək?" uşaq tapmacalar kitabı, "Şeirlər" və "Zaman dəyişdi" şeir məcmuələri nəşr olunmuşdur. 1959-cu ildə Bakıda "Yıldırım" şeirlər toplusu Azərbaycan dilinə tərcümə edilir. 1961-ci ildə "Şeirlər və poemalar" kitabı dərc edilir. Sonrakı illərdə ana dilində "Qılınc və Qələm" kitabı nəşr olunmuşdur.
1936-cı ilin noyabrında Kommunist partiyası üzvlüyündən xaric edilir. 1937-ci il aprelin 30-da Astemirov həbs olunur, əks-inqilabçı burjua-millətçi təşkilat a üzv olmaqda ittiham edilir. Dağıstanda Türkiyənin protektoratı altında burjua respublikası qurmağa cəhd etdiyi, terror aktları hazırladığı və silahlı üsyan qaldırğı planlamaqda təqsirli bilinir. 15 dekabr 1939-cu ildə 58-ci maddə ilə 20 il həbs cəzasına məhkum edildi. 17 may 1940-cı ildə həbs müddəti 15 ilə endirilir. SSRİ Xalq Daxili İşlər Komissarlığının Şimal dəmir yolu əmək düşərgəsində saxlanılır, 1955-ci ildə sərbəst buraxılır[1][2].
Yazıçının yaşadığı Korkmasov kücəsi, 10-da ona xatirə lövhəsi qoyulur. 1999-cu ildə Mahaçqaladakı 39 nömrəli liseyə Astemirovun adı verilir[3].