Baqautdin Mitarov

Baqautdin Mitaroviç Mitarov (1912, Kandik, Dağıstan vilayəti, Rusiya imperiyası — 12 yanvar 1944, Ukrayna SSR, Vinnitsa vilayəti, Lipovetski rayonu, Nartsizovka kəndi yaxınlığında) — Tabasaran sovet yazıçısı, şairi, müəllimi və mədəniyyət xadimi.

Baqautdin Mitarov
Baqautdin Mitaroviç Mitarov
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1944(1944-01-14)
Fəaliyyəti yazıçı
Əsərlərinin dili tabasaran dili

1912-ci ildə Xiv rayonunun Kandık kəndində Mitar Abdulayevin kasıb kəndli ailəsində anadan olub. Torpaqsız kəndli olan atası dülgərliklə məşğul olmağa, həm də daş kəsən işləməyə məcbur olub. Baqutdin Dağıstanın Xalq Yazıçısı Mütalib Mitarovun böyük qardaşıdır.

Gələcək şair ilk təhsilini Kandık və Xiv kəndlərinin məktəblərində təhsil alıb.

Baqautdin Mitarov məktəb illərində ədəbiyyata həvəs göstərir. O, gənclərin məclislərində, həmkəndlilərə yardım məclislərində, Tabasaran kəndlərində tez-tez keçirilən el yaradıcılığı gecələrində xalq mahnıları, atalar sözləri, məsəllər, tapmacalar yazırdı.

1930-cu ildə gələcək şair komsomol sıralarına daxil olur. Bundan sonra Baqutdin doğma kəndinin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayır. O, 30-cu illərdə Dağıstanda, xüsusilə də kənd yerlərində savadsızlığın aradan qaldırılması uğrunda mübarizədə fəal iştirak edir.

1935-ci ildə Baqautdin Mitarov ali təhsil almaq üçün Qroznı şəhərindəki Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə göndərilir. O, 1937-ci ildə orda redaktorlar kursunu bitirmişdir. Vətənə döndükdən sonra Baqautdin Mitarov "Dağız" dərgisinin redaktoru təyin olunur.

B. Mitarov 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvülüyünə qəbul edilir. 1941-ci ildə Böyük Vətən müharibəsi ərəfəsində Tabasaran sovet şairlərinin "Tsliyi kükyir" ("Yeni çiçəklər") adlı ümumi toplusunun müəllif-tərtibçisi olur.

Böyük Vətən müharibəsi başladıqdan sonra döyüşlərə yollanan ilk könüllülərdən biri Baqutdin olur. O, döyüşlərdə aktiv iştirak etmişdir. Şimali Qafqazdan Ukraynaya qədər böyük döyüş yolu keçmişdir. O, müharibədə də şeir yazmağa davam edir. 1943-cü ilin soyuq qışında darısqal səngərdə yazdığı məşhur "Zəfər gurultusu" şeiri bunlardan biridir. Şeirdən bir parça belə səslənir:

"

Qoy, qələbənin gurultusu səslənsin!
Mən bu saatı yaxınlaşdırmaq istəyirəm.
Böyük ağ işıqda
Biz o qədər çoxuq, o qədər çoxuq.
Yolunuz uzun olsun
Ev uzaqda qalsın
Ancaq Berlinə, Berlinə
Biz mütləq ora çatacağıq...

"

Baqautdin Mitarov 1944-cü il yanvarın 12-də Ukrayna SSR, Vinnitsa vilayəti, Lipovetski rayonu, Nartsizovka kəndi yaxınlığında gedən ağır döyüşlərdə həlak olmuşdiur. Gənc şair həlak olduqda cəmisi 31 yaşında idi.[1][2][3]

  1. "Дагестанская Правда - К штыку приравняли перо". www.dagpravda.ru. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  2. "Багаутдин Митарович Митаров . Бессмертный полк". 2015-05-10. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  3. "«Сверкнувшая звезда» Национальная библиотека РД им. Р. Гамзатова". www.lib05.ru. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.