Baqirmi sultanlığı

Baqirmi sultanlığıOrta Afrikada, indiki Çadda 1522-1897-ci illərdə iqtidarda olan İslam sultanlığı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir.

XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522-1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbilə¬sindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568-1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi.

Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570-1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631. Bu dönəmdə Bornudan bir qrup din alimi Baqirmiyə köçdü.

Barma da deyilən Baqirmililərin xalq olaraq təşəkkül etməsi XVI əsrə rastlar. Kənka qəbiləsinin bölgədəki digər yerli qəbilələrlə və özəlliklə Yəməndən gələn Ərəblərlə qarışması sonucu Barma adı verilən bir etnik qrup əmələ gəldi. Baqirmililərin çevrədə olan qəbilələri hakimiyətləri altına alaraq genişləməsi, qonşuları Bornu və Veday dövlətlərinin təpki göstərmələrinə yol açdı. Bu dönəmdən sonra Baqirminin tarixi bu dövlətlərlə aparılan mübarizələrlə davam etdi və sonunda Baqirmi yenə Bornunun nüfuzu altında qaldı.

Sultan Məhəmməd əl-Əmin (1751-1785), Bornu hakimiyətinə qarşı müstəqilliyini elan etdi və xalqın İslamiyəti mənimsəməsi üçün çox çalışdı. Onun zama¬nında dövlət qızıl çağını yaşadı. XVIII əsrdə Bornunun bölgədəki hakimiyəti azalınca Baqirmi cənub və cənubi-şərqə doğru yürüşlərə başladı və əldə et¬diyi kölələrin ticarətindən olduqca zənginləşdi. Məhəmməd əl-Əmindən sonra gələn Sultan Əbdürrəhman Qavaranqın (1785-18061 İslama uymayan hərəkətləri, Veday sultanı Əbdülkərim Sabunun Baqirmiyə hücum etməsinə bir bəhanə oldu. Sultan Sabun paytaxt Masinyaya girdi və şəhəri yağmalayıb xalqını kölə olaraq Vedaya götürdü (1806).

Baqirmi bundan sonra Bornu və Veday arasında cərəyan edən mübarizələrdən təsirləndi. XIX əsrdə bu iki dövlət Baqirminin özlərinə bağlı olduğunu iddia etdilər və Baqirmi bəzən Bornu, bəzən da Vedayın hakimiyəti altında qaldı. Hər hücum sırasında xalqın kölələşdirilməsi Baqirmini bir kölə qaynağı halına gətirdi.

Baqirmi dövləti XIX əsrin ortalarında, biri paytaxt Masinya bölgəsində Barmalılar, Çad ərəbləri və Fülanilərdən təşkil olan cəmiyyətlərin oturduğu və mər¬kəzə bağlı olaraq idarə edilən, digəri cənubda olan və illik vergi ödəyərək muxtariyət qazanmış etnik qrupların oturduğu bölgə olmaq üzrə iki idarə bölgəsinə ayrıldı. Bu əsrdə sürəkli savaşlar Baqirmililəri ticarətəkinçilik mərkəzi olan şəhərlərinin ətrafını divarlarla çevirməyə sövq etdi. Dövlətin başında olan Osman Burkomanda (1807-1846), Əbdülqadir (1846-1858) və oğlu Məhəmmədin (Əbu Sikkin, 1858-1870; 1882-1894) Bornu və Vedaylara qarşı müstəqillik çabaları nəticəsiz qaldı; 1870-ci ildə ölkə Vedaylar tərəfindən təkrar işgal edilib yağmalandı. Bu dönəmdə İslami anlayışın zəifləməsinə görə Sokotolu bəzi müsəlman alimlər bölgəyə gələrək irşad faaliyətlərində iştirak etdilər.

Əbu Sikkinin yerinə Baqirmi sultanı olan II Qavranq Bornunu hakimiyəti altına alan RabjK bin Zübeyrin hücumla¬rına məruz qaldı. 4 fevral 1894-cü il tarixində Fransa ilə Almaniya arasında imzalanan və Çad gölü çevrəsinin paylaşılmasını sağlayan bir andlaşmaya görə Baqirmi Fransız nüfuz alanına buraxıldı. Bu durum qarşısında Qavranq Fransa ilə məcburən bir himayə andlaşması bağladı (1897) və buna şiddətli təpki göstərən Rabihin Baqirmiyi işgala yönəlməsi üzərinə öz əli ilə paytaxt Masinyanı yandırdı. Himayə andlaşması gərəyi Fransızlar Rabihi Baqirmidən çıxarmak üçün hücuma keçdilər və 1900-cü ildə onu yenərək bölgənin tamamını nəzarətləri altına aldılar. 1903-cü ildə imzalanan yeni bir andlaşma ilə sultan, Şari çayının sol tərəfindəki torpaqlar üzərində hakimiyət iddiasından və kölə ticarətindən vaz keçdi.

Baqirmi 1910-cu ildə Fransız Ekvatoral Afrikasının sınırları içində qaldı və Fransızlar buranı I Dünya Müharibəsi sırasında Kamerunda olan almanlara qarşı bir baza olaraq istifadə etdilər. Bundan sonra Baqirmi fransızların Çad əsgəri bölgəsinin nəzarətinə girdi, ancaq yerli idarəçilər tərəfindən idarə edildi. Qavaranq ölüncə yerinə Əbdülqadir (1918-1935) keçdi. Baqirmili liderlər Çadın müstəqillik öncəsi və sonrasında önəmli rollara sahibləndilər.