Bar-İlan adına Universitet (BIU, ivr. אוניברסיטת בר-אילן) — Ramat-Qanda, İsraildə universitet. 1955-ci ildə yaradılıb və dini sionizm hərəkatının lideri Meir Bar-İlanın şərəfinə adlandırılıb. Universitet dini yəhudi təhsil ilə adi ali təhsili birləşdirmək üçün yaradılıb.
Bar-İlan adına Universitet | |
---|---|
אוניברסיטת בר-אילן | |
32°04′04″ şm. e. 34°50′33″ ş. u.HGYO | |
Əsası qoyulub | 1955 |
Tələbə sayı | 27.700 |
Ölkə | |
Sayt | biu.ac.il |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetdə pedaqogika, sosial işçilər, biznes və mühəndis məktəbləri vardır. Universitet tərkibində həmçinin fizika, tibbi kimya, riyaziyyat, beyin tədqiqatları, psixloji tədqiqat, iqtisadiyyat, musiqişünaslıq, arxeologiya, yəhudi hüququ (Qalaxa) və nanotexnologiya elmi-tədqiqat institutları vardır.