Bar lətifəsi

Kahin, ravvin, nazir və ördək bara girirlər ...

Bar lətifəsilətifə dövrünün bir növü. Əsas sintaksis aşağıdakı kimidir: "<isim> bara girir və <yumoristik hadisə baş verir>".

İlk nümunəsi[redaktə | mənbəni redaktə et]

Bar lətifəsinin ən qədim məlum nümunəsi Şumerdir. XIX əsrin sonunda Nippurda qazıntılar əsnasında tapılmış iki gil lövhədə oxunmuşdur.[1][2] Bu, üzərində bir çox başqaları ilə yanaşı yazılmış atalar sözünün bir qədər fərqli iki variantı şəklində müşahidə olunmuşdur. Lövhələr təxminən e.ə. 1700-cü ildə,[3] Qədim Babil imperiyası dövründə həkk olunmuşdu. Buna baxmayaraq, lövhələrdə yazılmış atalar sözlərinin əksəriyyətinin ilk tərcüməsini nəşr edən Edmund Qordon onların çox güman ki, xeyli erkən dövrə aid olduğunu iddia etmişdir.[4]

Alimlər atalar sözünün şumer dilindən ən yaxşı şəkildə necə tərcümə ediləcəyi ilə bağlı fikir ayrılıqları var. Qordonun tərcüməsinə görə, atalar sözü belədir: "Mehmanxanaya girən it heç nə görmədi (və belə dedi): Bunu (qapını) açımmı"?[4] Assuroloq Serayna Nett bir az fərqli tərcümə təqdim etmişdir: "İt mehmanxanaya girdi və dedi: Mən heç nə görmürəm. Bunu açacağam".[3]

Atalar sözünün arxasında duran məna da alimlər arasında mübahisə mövzusudur. Qordon mehmanxananın eyni zamanda fahişəxana kimi də xidmət etdiyini irəli sürmüşdür. O qeyd etmişdir ki, mehmanxana və ya pivəxana üçün istifadə edilən "éš-dam" sözü həmçinin "fahişəxana" kimi tərcümə oluna bilər və fahişəliyin qədim Mesopotamiyada bu müəssisələrdə baş verməsi geniş yayılmış bir hal idi.[3] Beləliklə, " it "qapalı qapılar arxasında" nə baş verdiyini görmək istəyirdi".[4] Nett təklif etmişdir ki, lətifənin mənası müasir oxucular üçün anlaşılmaz söz oyunu ola bilər və ya o vaxt yaxşı tanınan, lakin bu gün də bizə tanış olmayan hansısa şəxsiyyətə istinad ola bilər. Başqa bir assuroloq Qonzalo Rubio bildirmişdir edir ki, bu qeyri-müəyyənlik son nəticədə atalar sözünü zarafat kimi təsnifləşdirməyin sadəcə mümkün olmadığı anlamına gəlir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "CDLI Literary 000799, Ex. 034 Artifact Entry". Cuneiform Digital Library Initiative (CDLI). 11 September 2003.
  2. "CDLI Literary 000799, Ex. 031 Artifact Entry". Cuneiform Digital Library Initiative (CDLI). 11 September 2003.
  3. 1 2 3 4 Russell, Dean. "What makes the world's first bar joke funny? No one knows". WBUR. 5 August 2022. 25 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2023.
  4. 1 2 3 Gordon, Edmund I. "Sumerian Animal Proverbs and Fables: "Collection Five"". Journal of Cuneiform Studies. 12 (1). 1958: 1–21. doi:10.2307/1359579.