Barak Ana

Barak Ana - türk mifologiyasında it ilahə. İt Ana (Köpək Ana)monqollarda Nokay Ece olaraq da tanınmışdır. Bəzi monqol tayfalarının itdən törəndiklərinə dair əfsanələri var. Barak sıravi bir it olmayıb müqəddəs sayılar. Noqay adlı türk-monqol boyu ilə əlaqəlidir. Nağıllarda Köpük kimi tərcümə edilən Kobe, Kube adlı qəhrəmanın bu motivli əlaqədar olma ehtimalı yüksəkdir. Nokay monqolcada köpək deməkdir. Oğuz dastanında Barak boyunun kişilərinin üzlərinin köpək üzü (və ya o qədər çirkin) olduğu, lakin qadınlarının isə əksinə inanılmaz dərcədə gözəl və cazibədar olduqları izah edilər. Bu səbəblə Barak Ana anlayışı bu boyun törədiyi Ana şəklində anlaşılsa da, başının it başı olduğu şəklində qəti bir məlumat mövcud deyil.

Etimologiya[redaktə | mənbəni redaktə et]

  • Barak: (Bar/Var) kökü. Varmaq (Çatmaq) hərəkəti ilə əlaqədar mənalar ehtiva edər. Əfsanəvi bir it növüdür.
  • Nokay: Monqol dilində köpək deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]