Noqaylar


Noqaylar[3] və ya noğaylarTürk xalqlarından biri, özlərini "Qaranoğay" və ya "Noğay-Qaraqaş" adlandırırlar. 2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Rusiya Federasiyasında 90.666 nəfər noqay yaşayır.[4] Türk dilinin qıpçaq qrupuna daxil olan noqay diliində danışırlar. Etnik və linqvistik baxımdan qazaxqaraqalpaqlara ən yaxın xalqdırlar.

Noqaylar
Noqaylar, 1838-ci il
Ümumi sayı
103 661 (2010)
Yaşadığı ərazilər
Rusiya Rusiya 103 660 (2010)[1]
Tacikistan Tacikistan 1 (2010)[2]
Dili

noqay dili, rus dili

Dini

İslam

Qohum xalqlar

Türk xalqları

Noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqol-manqıtların qarışması nəticəsində XV əsrdə Volqa, Embaİrtış çayları ərazisində formalaşmışdır. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay Xanlığı da var idi.

Noqaylar həmçinin qırğız tayfaları arasında da mövcuddurlar. Məşhur dastana görə Manas Baba Noğay olub.

Antropoloji baxımdan noqaylar, kiçik güney Sibir irqinə aiddir, hansı ki, monqoloid və avropoid arasında keçid sayılır. Monqoloid xüsusiyyətləri noqayları öz ətraflarından kəskin fərqləndirir. Noqayların müxtəlif qrupları müxtəlif dərəcədə qarışıqlıqlığa uğrayıblar. Misal üçün, kuban və kumsk noqaylarının intensiv olaraq yerli adıgeylər (çərkəzlər) ilə qarışması nəticəsində onlarda daha çox avropoid xüsusiyyətləri nəzərə çarpır.

Yayılma əraziləri

[redaktə | mənbəni redaktə et]

Öncələr noqaylar Qara dənizdən Aral dənizinə qədər olan ərazilərdə yaşayırdılar. Hazırda əsasən Quzey Qafqazda – Dağıstan, Stavropol, Qaraçay-Çərkəz, Həştərxan (Astraxan) bölgələrində və Çeçenistan ərazilərində yaşayırlar.

Noqaylar həmçinin Türkiyə və Rumıniya ərazilərində də yaşayırlar. Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərində noqay diasporları fəaliyyət göstərir.

Qaraçay-Çərkəz Respublikasında (Rusiya Federasiyası) noqayların milli rayonlarının yaradılması haqqında qərar 2005-ci ilin yayında verilmişdir, hansı ki, 2006-cı il referendumunda təsdiqlənmişdir. Qaraçay-Çərkəz Muxtar Respublikasında yaşayan beş çoxsaylı xalqlardan biri də noqaylardır.

Noqayların Krım dönəmi. (XVII-XVIII əsr)

[redaktə | mənbəni redaktə et]

Qızıl Orda dövlətinin süqutundan sonra noqaylar aşağı Volqa ərazilərində yaşayırdılar ancaq 17ci əsrdə kalmıkların doğudan yürüşü noqayları quzey Qafqaz, Krım ərazilərinə çəkilməsinə səbəb oldu. Noqayların digər hissəsi Aral dənizin güney hissələrinə köç edərək, qaraqalpaqların əsasını qoydular. Öz ata torpaqlarında qalmağı üstün tutan noqaylar isə Kiçik Juzun tərkibinə qoşularaq özlərini "kazak" adlandırmağa başladılar.

1728-ci ildə noqayların bir hissəsi Qara dənizin quzey bölgələrinə köç edərək orada Osmanlıların asılılığını qəbul etdilər. Rusların həmin ərazilərə yürüşündən sonra isə (1771) noqaylar Kubana köçürüldülər.

Noqaylar Rusiyanın tərkibində. (XVIII əsr)

[redaktə | mənbəni redaktə et]

1783 cü ildə II Yekaterina Qara dəniz ətrafı dövlətlərin işğalı, əhalisinin isə Ural ətrafına köçürülməsi haqda fərman (manifest) verdi. Deportasiya cəhdləri noqaylar arasında yeni etiraz dalğası yaratdı. Etirazı yatırtmaq üçün noqayların üzərinə Suvorovun başçılığı altında qoşun göndərildi, hansı ki, noqaylara divan tutaraq onların böyük hissəsini qılıncdan keçiri.

1812 ci ildə Qara dənizin bütün quzey bölgələri Rusiyanın tərkibinə qatıldı. Bundan sonra yerli xalqların Osmanlı imperatorluğu ərazisinə kütləvi axını başladı. Tarixi mənbələr təsdiq edir ki, həmin dönəmlərdə köç edənlərin sayı 500 mindən 1 milyona qədər olub ancaq onların nə qədərinin noqaylar olması dəqiq məlum deyil. Çünki həmin emiqrantlar arasında müsəlman tayfaları o cümlədən krım tatarları və.s var idi. Qalan noqaylar isə Tavriya və Kuban quberniyalarının tərkibinə qatılaraq, oturaq həyata keçdilər.

1853-56 cı il Krım müharibəsindən sonra (Osmanlı, Britaniya, Fransa, Sardin krallığı- Rusiya) noqayları yenidən Osmanlıya simpatiyada təqsirləndirdilər və onların Rusiya ərazilərindən qovulması dalğası yenidən gücləndi. On minlərcə əhali zorla köçürüldü. Bundan sonra Qara dəniz ətrafında az sayda qalan noqaylar, krım tatarlarının tərkibinə qatıldılar, əsas deportasiya olunmuş hissə isə Anadolu türkləri tərəfindən getdikcə assimləyə uğradılar.

XX əsrin ortalarında noqaylar yalnız Dağıstan, Çeçenistan və Stavropol bölgələri arasında bölüşdürülmüş Noqay düzündə yaşamağa başladılar.

Noqaylar İslam dininin hənəfi məzhəbinə aid edilir.

Noqayların milli-ənənəvi mətbəxinə süd içkiləri olan ayran və kımız daxildir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  2. Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
  3. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 475. ISBN 978-9952-523-37-9. noqay (-lar)
  4. "Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması". 2006-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-03.