Bu məqalə Baranlı sülaləsi məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu.
Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı".
Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı.
Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi. Hər iki yabqu Cənd əyalətini idarə edib. Deməli, tarixlə əfsanə arasında qırılmaz bir ilişki var.
Baranlı oymağının nümayəndələri Qaraqoyunlular dövlətini qurmuşdular. Bu dövlət süquta uğrayandan sonra oymaq nümayəndələrinin bəziləri Azərbaycanda qalmış, bəziləri Babura qoşulub Hindistana getmişdi.