Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi.
Baranlı sülaləsi | |
---|---|
Banisi | Bayram xoca |
Sonuncu hökmdar | Bircis Qədir |
Əsası qoyulub | 1351 |
Soyun kəsilməsi | Davam edir |
Milliyyət | türk, daha sonralar hindistanlı |
Titullar | |
Bəy, Sultan, Mirzə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin banisi Tural bəy sayılır.[1] 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu.[2] Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir.[3]
Qara Mənsur
Şah Məlik - Əbül-Fəvaris Şahməlik Barani 1041-1042-ci illərdə Xarəzm hökmdarı olmuşdur.
Məhəmməd Qulu bəy Aud sübəhdarı təyin olunmuşdu.[5] Onun iki oğlu var idi:
Mirzə Cəfər xan Aud nəvvabının qızı ilə evlənmişdi və ondan da iki oğlu vardı: Məhəmməd Möhsün xan və Mirzə Məhəmməd Muqim. Mirzə Məhəmməd Muqim daha sonra ilk Aud nəvvabı Bürhanülmülk Səadətəli xan 1739-cu ildə vəfat edəndə yerinə gələcək bacısı-oğlu və eyni zamanda kürəkəni olacaq Mirzə Məhəmməd xan Səfdər Cəng idi.
Şəkil | Adı | Hakimiyyəti | Qeydlər |
---|---|---|---|
Pirbudaq | 1410-1413 | Nominal hökmdar idi | |
Qara Yusif | 1413-1420 | ||
Qara İsgəndər | 1421-1429
1431-1435 |
||
Əbu Səid | 1429-1431 | ||
Cahanşah | 1436-1467 | ||
Həsənəli | 1467-1468 | ||
II Yusif | 1468-1469 | Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir. |
Portret | Adı | Hakimiyyəti | Qeyd |
---|---|---|---|
Qütbşah Sultanqulu | 1512-1543 | Qara Yusifin oğlu Qara İsgəndərin oğlu Əlvənd mirzənin oğlu Pirqulu mirzənin oğlu Üveysqulu mirzənin oğlu. Anası Həmədanlı Məlik Salehin qızı Məryəm xatun idi.[4] Bundan əlavə Pirqulu mirzənin həyat yoldaşı Xədicə bəyim də Cahanşahın nəvəsi idi. | |
Qütbşah Cəmşidqulu | 1543-1550 | ||
Qütbşah Sübhanqulu | 1550 | ||
Qütbşah İbrahimqulu | 1550-1580 | ||
Qütbşah Məhəmmədqulu | 1580-1611 | ||
Qütbşah Sultan Məhəmməd | 1611-1626 | ||
Qütbşah Abdullah | 1626-1672 | ||
Qütbşah Əbül Həsən Tana | 1672-1686 |
Portret | Tacgüzarlıq adı | Şəxsi adı | Doğulduğu il | Hakimiyyəti | Öldüyü il |
---|---|---|---|---|---|
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər cəng ابو المنصور خان صفدرجنگ |
Məhəmməd Müqim ibn Cəfər ibn Məhəmmədqulu ibn Mansur ibn Həsənəli ibn Pirbudaq ibn Cahanşah | 1708 | 1737–1753 | 1754 | |
Şücaüddövlə شجاع الدولہ |
Şücaüddövlə Heydər xan | 1732 | 1753–1775 | 1775 | |
Asəfəddövlə آصف الدولہ |
Məhəmməd Yahyaəli xan | 1748 | 1775–1797 | 1797 | |
Asəfcah mirzə | Vəzirəli xan وزیر علی خان |
1780 | 1797–1798 | 1817 | |
Yamin əd-Daula | II Səadətəli xan سعادت علی خان |
1752 | 1798–1814 | 1814 | |
Rafaat əd-Daula Padşah-i-Aud |
Əbülmüzəffər Qazüddin Heydər xan غازی الدیں حیدر |
1769 | 1814–1827 | 1827 | |
Nəsrəddin Heydər Şah Cahan ناصر الدیں حیدر شاہ جہاں |
Əbulmənsur Qütbəddin Süleymancah | 1827 | 1827–1837 | 1837 | |
Əbül Fateh Moin əd-Din | Moinüddin Məhəmmədəli şah محمّد علی شاہ |
1777 | 1837–1842 | 1842 | |
Nəcməddövlə Əbül Müzəffər Müsləhəddin | Əmcədəli şah امجد علی شاہ |
1801 | 1842–1847 | 1847 | |
Əbül Mansur Mirzə | Vəcidəli şah واجد علی شاہ |
1822 | 1847–1856 | 1887 | |
Həzrət Mahal Bəyim بیگم حضرت محل |
Məhəmmədi xanım | ' | 1879 | ||
Bircis Qədir برجیس قدر |
Ramazan Əli رمضان علی |
1845–1893 | 1893 |
Aud nəvvabları Qaraqoyunluların davam edən yeganə nümayəndələridir. Son hökmdar Bircis Qədir xan olmuşdur. Bircis Qədir xanın nəvəsi Əncum Qədirin (1921-1997) ölümündən bəri əsas xəttin davamçıları oğulları Yusif Əli mirzə və Bürhan Əli mirzə sayılır. Bundan əlavə Hindistanda "Aud Şahlıq Ailəsi" (ing. the Royal Family of Awadh (RFA) ) kimi bir sıra Qaraqoyunlu sülaləsi üzvlərini birləşdirən təşkilatlar var.[6]Qax rayon Armdulu kənd sakinləri Qara Yusifin soyundadır. Lakin Azərbaycanda Qaraqoyunlu birliyi təşkilatı yoxdur.