Barbara Barns cinayəti

Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib.[1] Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı.[2]

Barbara Barns
ing. Barbara Barnes
Barbara Barnsın məktəb portreti
Barbara Barnsın məktəb portreti
Doğum tarixi (42 yaş)
Doğum yeri Styubenvill, Ohayo, ABŞ
Yoxa çıxıb
Vətəndaşlığı ABŞ ABŞ
Milliyyəti amerikanlı

Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi.[1] Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu.[3]

İtkin düşməsi və qətli

[redaktə | mənbəni redaktə et]

Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi. Evə qayıda bilmədikdən sonra dövlət səviyyəsində axtarışlar daxil olmaqla, istintaq başladıldı.[4] 22 fevral 1996-cı il onun qalıqları bir çay yatağında tədqiqatçılar tərəfindən aşkar edildi və müayinə edənlər ölümün səbəbinin boğulma olduğunu müəyyən etdilər. O, həmçinin təcavüzə uğramışdı.[1][5]

Onun cəsədi əmisi Lui Boysın əmlakının yaxınlığında aşkar edilsə də, onun öldürülməsində ittiham edilmədi. Boys Barbara cinayəti ilə əlaqədar yalan dedektoru sınağından keçmədiyi üçün şübhə altında qaldı.

Boysun bir dostu əmisinin qətllə əlaqəsi olmadığını söyləyərək qohumunun hər hansı bir uşağa zərər verə bilməyəcəyini söylədi. Bununla belə, polis eyni adamın bir neçə il əvvəl atasının ölümündə rol oynadığından şübhələndi. Eyni zamanda ittiham olunanlar sırasına Barbara oğurlanan zaman Styubenvilldə olan və uşaqları qaçırmaqda günahlandırılan floridalı bir şəxs daxildir; baxmayaraq ki, polis departamentinin bəzi üzvləri onun ərazidə yaşayan biri tərəfindən öldürüldüyünə dair nəzəriyyəyə şübhə ilə yanaşırlar.[1][4]

  1. 1 2 3 4 Jack Swaint. Who killed--? Pittsburgh, PA. Who Killed 13-Year-Old Barbara Ann Barnes?. Bloomington, IN: Rooftop Pub. 10 iyul 2007. ISBN 1600080405.
  2. Renner, James. "The Serial Killer's Desciple". 2017 dekabr. 21 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2012.
  3. Alexandria Goddard. "Who Killed Barbara?" (ingilis). prinniefied.com. 1 iyun 2015 tarixində arxivləşdirilib.
  4. 1 2 Fred Connors. "All Cases Summary". ovcoldcasessummary.blogspot.com. 11 iyun 2011. 4 may 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2014.
  5. Swaint, Jack. "Unsolved Murders In The Mountain State". westvirginianews.blogspot.com. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2015.