Barbaros abidəsi İstanbul şəhərinin Beşiktaş səmtində yerləşən 1944-cü ildə Barbaros Xeyrəddin Paşanın xatirəsinə bürüncdən inşa edilmişir.
Barbaros abidəsi | |
---|---|
41°02′35″ şm. e. 29°00′06″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Beşiktaş |
Memar | Zühtü Müridoğlu |
Tikilmə tarixi | 1944 |
Vikianbarda əlaqəli mediafayllar |
Beşiktaşın simvoluna çevrilmiş abidənin önündə hər il "Dənizçilik bayramı" və "Dəniz Qüvvələri Günü" qeyd edilir.
Abidə Barbaros Xeyrəddin Paşa türbəsinin arxasında yerləşir. Abidənin qoyulacağı meydanın hazırlanması və yerinin təyin edilməsi işlərini fransız memar və şəhərsalma üzrə mütəxəssis olan Henri Prost tərəfindən həyata keçirilmişdir. Abidə 1941-43-cü illər aralığında inşa edilmiş və 1944-cü ildə yerinə qoyulmuşdur. Heykəl Zühtü Müridoğlu və Əli Hadi Bara tərəfindən düzəldilmiş, bürünc işləri isə Yusif Akpınar və Əli Heydər Seymənə aiddir. Abidənin ümumi uzunluğu 11,50 metrdir. Bürünc tökülən qismi isə 6 ton 900 kilodur.
Abidə altlıq, heykəl və sütundan ibarət olmaqla ümumilikdə 3 hissədən ibarətdir. Abidənin ön tərəfi gəmi göyərtəsi formasındadır.
Altlığın üzərində bürüncdən ibarət 3 fiqur yerləşir. Xeyrəddin Barbarossa mərkəzdə təsvir edilib. Onun arxasındakı duran döyüşçülərdən biri sağ əlində o illərdə yenicə istifadə edilməyə başlanan tapança, sol əlində isə bayraq tutmuşdur. Sağ tərəfində təsvir edilmiş döyüşçünün əlində isə qılınc təsvir edilib. Onlar sanki döyüşə başlayacaqlarmış kimi duruşa sahibdirlər.
Abidənin aşağı sol tərəfində isə onun açılış tarixi olan 1944 yazısı və Yəhya Kamal Bəyatlının müəllifi olduğu "Süleymaniyə’də Bir Bayram Sabahı" şerindən misralar həkk edilmişdir.