Bardo (dz. བར་ད།, ing. Bardho[1]) — Butanın Jemqanq dzonqxaqında qevoq.
Qevoq | |
Bardo | |
---|---|
dz. བར་ད། ing. Bardho[1] | |
27°04′22″ şm. e. 90°59′26″ ş. u.HGYO | |
Ölkə | |
Tabesində | 5 çivot |
Dzonqxaq | Jemqanq |
Tarixi və coğrafiyası | |
Sahəsi | 210[2] |
Mərkəzin hündürlüyü | 1770 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+6 , yayda UTC+7 |
Əhalisi | |
Əhalisi | 1997[3][4] nəfər (2005) |
Rəsmi dili | Dzonqxa dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +975-3 |
Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.[5]
Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.[5]
Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.[6]
Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir.[4]
Bardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir. Qevoq ərazisinin əksəriyyətini təşkil edən meşəliklərdən iqtisadi səbəblərə görə istifadə edilir.[5]
Qavoq ərazisində 148 hektarlıq bataqlıq ərazi var. Bu ərazidə düyü, qarğıdalı və buğda əkilir. Təxminən 378 hektarlıq ərazidə düyü, qarabaşaq və buğda becərilir. Qevoqun kənd təsərrüfatı üçün ayrılmış ərazisində (təxminən hektar) düyü, qarğıdalı və darı becərilir.[5]
Qevoqda ümumi olaraq 30.97 kilometr uzunluqda olan 10 suvarma sistemi mövcuddur.[4]
2000-ci illərin əvvəllərində qevoqda 279 ailəlik yeddi əsas kənd var idi. Bu dövrdə qevoq əhalisinin sadəcə 53%-i su ilə təmin olunmuşdu. 2010-cu illərdə qevoqda 337 ailə yaşayırdı və onların demək olar ki, hamısı su ilə təmin olunurdu.[4]
2010-cu illərin əvvəllərində qavoqda iki qeyri-formal təhsil mərkəzi və dörd ibtidai məktəb var idi.[4]
2000-ci illərin əvvəllərində tibb xidmətləri sadəcə iki tibbi müəssisə və üç klinika təmin edirdi. 2010-cu illərin əvvəllərində tibb xidmətləri iki ilkin tibbi yardım stansiyası və dörd klinika təmin edirdi.[4]
Qevoqda 14 laxqanq var. Onların 7-i yerli icmalara, qalan 7-i isə özəl qurumlara aiddir.[4]
İl | 2005, siyahıyaalma[3][4] |
2008, qeydiyyatdan keçmiş seçicilər[6] |
31.12.2010, qanuni seçicilər [6] |
---|---|---|---|
Əhalinin ümumi sayı | 1997 | 2091 | 2306 |
- Kişilərin sayı | 998 | ||
- Qadınların sayı | 1009 |
Dakpaydan Bardoya piyada beş günlük yoldur. Tinqtibi–Pralinq yolundan istifadə edərək Bardoya iki gün ərzində çatmaq olardı. Musson mövsümündə bəzi kəndlərə getmək qeyri-mümkün olur. 2010-cu illərin əvvəllərində qevoqda 6 asma körpü və 2.5 kilometrlik yol var idi.[5]
Qevoqun ərazisinə daxil olan bütün 15 kənddə mobil rabitə imkanı var.[5]