Atmosfer təzyiqi

Atmosfer təzyiqi — atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir nöqtədə Atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr.

Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir. Reallıqda isə o çox yüngüldür. Dəniz sahilində 1 m³ havanın çəkisi 1 kq 300 qramdır. Yer səthinin hər bir sm² üçün hava 1 kq 33 qram qüvvə ilə təsir göstərir. Yerin hər bir nöqtəsində atmosfer təzyiqi həmin nöqtədən atmosferin yuxarı sərhədinə qədər olan hava sütununun ağırlığına bərabərdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]