Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır.
Əyalət | |
Barisal | |
---|---|
22°30′ şm. e. 90°20′ ş. u.HGYO | |
Ölkə | Banqladeş |
İnzibati bölgüsü | dairələr |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1797 |
Sahəsi | 13 225,2 km² |
Mərkəzin hündürlüyü | 4 metr [1] |
Saat qurşağı | UTC+6 |
Əhalisi | |
Əhalisi | 8 325 666 nəfər (2001) |
Sıxlığı | 613 nəf./km² |
Rəsmi dili | Benqal dili |
Digər | |
barisaldiv.gov.bd | |
Vikianbarda əlaqəli mediafayllar |
Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar — 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər — 11,94 %,
Barisal əyaləti 6 dairədən ibarətdir.
Dairələr (Mərkəz)