Barium xlorid

Barium xlorid (BaCl2) ― duzlar sinfinə aid qeyri-üzvi birləşmə. Barium xlorid rəngsiz, romb şəklində olan kristaldır.

Barium xlorid
Ümumi
Kimyəvi formulu BaCl₂[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 3,92 (20 °C) q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 962 °S
Qaynama nöqtəsi 1560 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 10361-37-2
PubChem
RTECS CQ8750000
ChEBI 63317
BMT nömrəsi 1564
ChemSpider

Alınması[redaktə | mənbəni redaktə et]

  • Bariumun xlor ilə reaksiyası zamanı:

  • Barium oksidin xlorid turşusu ilə reaksiyası zamanı:

  • Barium hidroksidin xlorid turşusu ilə reaksiya zamanı:

  • Barium sulfidin kalsium xlorid ilə reaksiya zamanı:

  • Barium karbonatin xlorid turşusu ilə reaksiya zamanı:

Kimyəvi xassələri[redaktə | mənbəni redaktə et]

Barium xlorid suda yaxşı, spirtdə az miqdarda, dietil efirində tamami ilə həll olunmur. Barium xlorid duzlarla dəyişmə reaksiyalarına yalnız həll olunmayan bir maddə, qaz halında və ya bir qədər az dissosiasiya olun birləşmə alınanda daxil olur:

Müəyyən turşular ilə reaksiyaya daxil olur:

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Barium xlorid kənd təsərrüfatında bitki zərərvericilərinin məhv edilməsi üçün istifadə olunur. Analitik kimyada məhlullarda sulfat turşusu və ya sulfatları aşkar etmək üçün (ağ çöküntü əmələ gəlir) tətbiq olunur. Keramik məhsuları hazırlamaq üçün istifadə olunan kütlənin tərkibinə daxil olur. Kimya sənayesində bariy duzları və bariy əsaslı reaktivlərin istehsalı üçün istifadə olunur.

Toksikliyi[redaktə | mənbəni redaktə et]

Barium xlorid – toksik maddədir. Dəri və gözlərə düşdükdə, kimyəvi yanığlara səbəb ola bilər, yanğın və partlayışa davamlıdır. Buxarıyla nəfəs aldıqda öskürək, boğazda ağrı baş verir. Daxilə düşdükdə sinir sisteminə, ürəyə pis təsir görsədir. Siçovullar üçün ölümcül dozası daxilə düşdükdə 50-149,2 mq / kq-dır. Barium xloridi qaranlıq otaqda polietilen torbalarda saxlamaq lazımdır. Təmin etmək lazımdır ki, su ilə təmasda olmasın.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Рабинович В.А., Хавин З.Я. "Краткий химический справочник" Л.: Химия, 1977 стр. 55
  2. Ахметов Т.Г. Химия и технология соединений бария. - М.: Химия, 1974. - С. 26-45
  3. Вредные химические вещества: Неорганические соединения элементов I-IV групп. Справочник. - Л.: Химия, 1988. - С. 136

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. [www.xumuk.ru/spravochnik/383.html Хлорид бария на XuMuK.Ru]
  2. [www.xumuk.ru/encyklopedia/475.html Описание и применение хлорида бария на XuMuK.Ru]
  1. 1 2 Barium dichloride (ing.).