Baron Bosiyev (13 sentyabr 1901, Tib[d], Terek vilayəti – 20 iyul 1944, Caucikau) — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi[1][2].
Baron Bosiyev | |
---|---|
Doğum tarixi | 13 sentyabr 1901 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 iyul 1944 (43 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1925-ci ildən |
Baron Timofeeviç Bosiyev 13 sentyabr 1901-ci ildə Tib kəndində anadan olmuşdur. 1913-cü ildə kənd kilsə məktəbini bitirir və tezliklə təhsilini davam etdirmək üçün Vladiqafqaza gediri. Ancaq məktəbə girə bilmir və ailəyə kömək etmək üçün işləməli olur[1][2].
1917-ci ildə Botsiyev doğma kəndinə qayıdır və 1923-cü ilə qədər orada yaşaır. Sonra yenidən təhsil almaq üçün Vladiqafqaza gedir. Elə həmin il komsomola, üç il sonra isə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Stalin adına Moskva Şərq Kommunist İşçiləri Universitetində oxuyur. 1932–1935-ci illərdə Şimali Osetiya Araşdırma İnstitutunda osetin filologiyası ixtisası üzrə aspirantura təhsili alır.
Sonradan Alaqir-Ardon rayon partiya komitəsinin kütləvi təbliğat şöbəsinin müdiri, "Max duq" təbliğat jurnalının redaktoru, Şimali Osetiya Sovet Yazıçılar Birliyinin sədri, Osetiya Ədəbiyyatı Muzeyinin direktoru vəzifələrində çalışır. Şimali Osetiya Pedaqoji İnstitutunda dərs deyir.
20 iyul 1944-cü ildə 42 yaşında dünyasını dəyişir.
Baron Bosievin ilk poetik təcrübələri 1925-ci ilə təsadüf edir, ilk şeiri "Qoy gülsünlər" (oset. Уадз æмæ худæнт) olur.
Şairin yaradıcılığı 30-cu illərdə, "Mübarizə dalğaları" (oset. Тохы фæйлауæнтæ, 1932), "Dəniz" (oset. Фурд, 1936), "Xoşbəxt günlər" (oset. Цины бонтæ, 1937), "Oktyabr sevinci" (oset. Октябры цин, 1937), "İnsan və aslan" (oset. Лæг æмæ домбай, 1940), "Şeirlər və poemalar" (oset. æмдзæвгæтæ æмæ поæмæтæ, 1941) toplularını dərc etdirir. Yaradıcılıq məhsullarının fərqli bir xüsusiyyəti vətənpərvərlik, sovet rejiminə heyranlıq, kommunizmin şən qəbul edilməsidir[1][3].
Bir çox şeirlərində Bosiyev, oktyabr silahlı çevrilişindən əvvəlki dövrdə kasıb bir dağlı kişinin və dağlı qadının çətin vəziyyətindən bəhs edir. Bir çox şeirlər kollektivləşməyə həsr edilmişdir. Şair coşğu və kommunizmlə məşğul olan insanların işini tərifləyir. "Kolxoz qızı" şeiri populyar bir mahnı olur. Müharibədən əvvəlki dövrün əsərlərində şair əhalini ayıq olmağa, mümkün bir savaşa hazırlaşmağa çağırır[1][3].
1936-cı ildə Baron Bosiyev məşhur "Qırılan zəncir" romanını yazır. Onun hərəkəti Birinci Dünya müharibəsi və Vətəndaş Müharibəsi zamanı Şimali Osetiya və Vladiqafqaz dağlarında baş verir[3][2].