Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası


Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası (oset. Цæгат Ирыстоны Автономон Советон Социалистон Респу́бликæ, (Цæгат Ирыстон) və ya Şimali Osetiya MSSR — 1936–1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquşrus da bu ərazi də məskunlaşmışdı.

Tarixi dövlət
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası
Bayraq Gerb
Bayraq Gerb

Paytaxt Vladiqafqaz
Ərazisi
  • 8.000 km²
Əhalisi
  • 634.009 nəf. (1989)[1]

5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi.[2]

1944-cü ilin mart ayında çeçenin, inquşbalkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, MalqobekAçaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi.

9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.

20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.

9 noyabr 1993-cü ildə Şimali Osetiya SSR Ali Şurası Şimali Osetiya SSR-in adını dəyişdirən qanun qəbul etdi və bu qərara əsasən respublikanın Şimali Osetiya Respublikası adlandırılmasına qərar verildi.[3] Yeni ad eyni il dekabrın 12-də qəbul edilən Rusiya Federasiyasının Konstitusiyasında əks olundu.

Şimali Osetiya Böyük Qafqazın şimal yamacında və ona bitişik olan meylli düzənliklərdə yerləşir. Sahəsi 8 min km²-dir.

Şimali Osetiya MSSR-nin müxtəlif onilliklərdəki əhali sayı:

İl Əhali, nəf. Qeydiyyat
1939 329 205[4] 1939 Sovet Siyahıyaalması
1959 450 581[5] 1959 Sovet Siyahıyaalması
1970 552 581[6] 1970 Sovet Siyahıyaalması
1979 596 921[7] 1979 Sovet Siyahıyaalması
1989 634 009[8] 1989 Sovet Siyahıyaalması

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

17 yanvar 1979-cu ildə respublikaya 1 respublika tabeliyindəki şəhər və 8 rayon daxil idi.

  1. Alagir rayonu — mərkəzi; Alagir şəhəri
  2. Ardon rayonu — mərkəzi; Ardon şəhəri
  3. Diqora rayonu — mərkəzi; Diqora şəhəri
  4. İrafski rayonu — mərkəzi; Çikola kəndi
  5. Kirov rayonu — mərkəzi; Elxot kəndi
  6. Mozdok rayonu — mərkəzi; Mozdok şəhəri
  7. Pravoberejnı rayonu — mərkəzi; Beslan şəhəri
  8. Priqorodnı rayonu — mərkəzi; Oktyabrskoe kəndi
  1. http://demoscope.ru/weekly/ssp/rus89_reg1.php.
  2. "Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920–1992 гг". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  3. "Указ Президента РФ от 9 января 1996 г. N 20 "О включении новых наименований субъектов Российской Федерации в статью 65 Конституции Российской Федерации"". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  4. "Всесоюзная перепись населения 1939 г." 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
  5. "Всесоюзная перепись населения 1959 г." 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
  6. "Всесоюзная перепись населения 1970 г." 2011-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
  7. "Всесоюзная перепись населения 1979 г." 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
  8. "Всесоюзная перепись населения 1989 г." 2011-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]