Barsakelmes

Aral dənizinin xəritədi. 1960 il
Barsakelmes. 1853 il.
Barsakelmes adası, Taras Şevçenkonun rəsmi. 1848 il.

Barsakelmes (qaz. Барсакелмес) — Aral dənizində yerləşən keçmiş ada. İnzibati cəhətdən Qazaxıstanın Kızılorda vilayəti Aralsk yaronu ərazisinə daxildir. Türk dillərindən tərcümədə «getsə — gəlməz» anlamında işlədilir. Barsakelmes haqqında ilk coğrafi qeydləri 1848-ci ilin avqustunda A. Maksetev vermişdir. A. Akisev isə adanın toporafiyasını tərtib etmişdir. Taras Şevçenko yerli flora və fauna haqqında məlumat yermişdir. A jumping hörümçəyi adanın şərəfinə 1998-ci ildə Sitticus barsakelmes olaraq adlandırılmışdır.

Aralsk şəhərindən 180 km cənub-qərbdə yerləşir. İllik yağıntının miqdarı 128 mm olmuşdur. İyul ayında orta temperatur + 28°C təşkil edirdi. Maksimal temperatur isə +44 °C olmuşdur. Yanvar ayının orta temperaturu −13 °C, minimal temperatur isə −36 °C-dir. 1980-ci ildə adanın sahəsi 133 km² olmuşdur. Onun ən hündür nöqtəsi 113 m-dir.

Cənub hissəsində hündürlüyü 180 metr olan platolar vardır. Şimalı isə düzənlikdir. Burada boz-qonur takır və şoranlıqlar müşahidə edilir. Sahilində belə qabarıq söranlıqları müşahidə etmək olardı.

Adanın 1960-ci illərdə horizatal olaraq uzunluğu 23 - 7 kilometrə olmuşdur (45°38′07″ şm. e. 59°54′30″ ş. u.HGYO). Adanın son mövcudluğu dövrü həddindən artıq tez böyüyürdü. 1990-cı illərdə yarımadaya çevrilir. 2000-ci illərdə isə ölçüləri 40-16 km olur.

2009-ci ilin yayında Böyük Aralın quruması ilə əlaqədar yarımada yoxa çıxaraq quyun bir hissəsi olmuşdur. Keçmiş adanın yerində Barsakelmes dövlət təbiət qoruğu yerləşir. Hazırda qoruq ərazisində güçlü külək və toz fırtınaları olduğundan gözləri bağlamaq məsləhət görülür. Deyilənə görə adanın ilkin adı Sujok (susuz) olmuşdur.

Ada incəsəntdə

[redaktə | mənbəni redaktə et]
  • Adada Boris Andreeviç Lavrenyovun povestində baş vermiş hadisələr 1924-cü ildə cərəyan edir[1].
  • Ada sovet ədəbiyyatında dinozavların yaşayış yeri, nəmalum uçan boşqabların gəldiyi məkan, keçmişlə gələcək arasında qapı rolunu oynayan yer kimi məşhurlaşmışdır. Bu hadisələr fantastik janrda yazan Sergey Lukyanenkonun təxəyüllülünün məhsulu olmuşdur[2]. Onun sözlərinə görə bu əfsanələr 1950-ci ildə Qazaxıstanda buraxılan «Lelinskaya smena» qəzetində dərc edilən məqalədən sobra yayılmışdır. Burada ada ərazisində qədim uçan dinozavrın görülməsindən bəhs edilirdi[3].
  • Adanın adında özbək yazıçısı Conrid Abdullaxanov roman yazmışdır.
  • Digər bir əfsanəyə görə 1950-ci — 1960-cı illərdə adada Abdrazak adlı birisi yaşayırdı. Onu bura qohumları linza göründüyü ilk gündə gətirmişdilər. O, uçan boşqablarda gəlmiş canlılarla söhbət edərək onlardan məlumat almışdır[4].
  1. "Казахстанская правда — Уходя — возвратис". 2012-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. "Информационная сводка КЛФ МГУ. Выпуск 9". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  3. "Точка невозврата". 2016-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  4. "Жизнь на островах — Barsakelmes adası - o yer ki, bəlkədə ordan geri qayıtmaq olmaz…". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.