Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten.
Barselona metropoliteni | |
---|---|
Təsvir | |
Ölkə | |
Yerləşməsi | Barselona |
Marşrut şəbəkəsi | |
Şəbəkənin uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir[1]. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona)[2] və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları)[3] dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir. Uşaq tarifləri mövcud deyil.
Barselona metropolitenində ilk xətt 1924-cü il dekabr ayının 30-da Gran Metropolitano de Barcelona şirkəti tərəfindən tikilərək istifadəyə verilib[4] və Kataloniya meydanının Lesseps stansiyası ilə birləşdirib: hazırda bu hissə 3-cü qola aid edilir. 2-ci xətt Metropolitano Transversal şirkəti tərəfindən tikilib və 1929-cu ildə Ümumdünya sərgisinə təqdim olunmaq üçün 1926-cı il iyun ayının 10-da istifadəyə verilib.[5] Bu xətt RENFE tərəfindən istismar edilən iki dəmiryolu qolunu birləşdirirdi. Metronun növbəti açılışı yanlız 1946-cı ildə oldu: tikinti işi vətəndaş müharibəsi ilə əlaqədar dayandırıldı. 1951-ci ildə hər iki operator şəhərin nəzarətinə keçdi. Belə bir qərar şəbəkənin inkişafını sürətləndirmək məqsədi ilə edildi.[6]
Xətlər | Son | Operator | Uzunluğu (km) | Perspektiv uzunluğu (km) | Stansiyaların sayı | Planlaşdırılan stansiya sayı | Açılış ili |
---|---|---|---|---|---|---|---|
Hospital de Bellvitge — Fondo | TMB | 20,700 | 29,758 | 30 | 38 | 1929 | |
Paral·lel — Badalona Pompeu Fabra | TMB | 13,700 | 18,466 | 18 | 34 | 1959 | |
Zona Universitària — Trinitat Nova | TMB | 18,400 | 20,024 | 26 | 36 | 1924 | |
Trinitat Nova — La Pau | TMB | 17,300 | 18,916 | 22 | 26 | 1926 | |
Cornellà Centre — Vall d’Hebron | TMB | 19,168 | - | 26 | 27 | 1959 | |
Plaça Catalunya — Reina Elisenda | FGC | 5,384 | 8,198 | 9 | ? | 1963 | |
Plaça Catalunya — Avinguda Tibidabo | FGC | 4,634 | - | 7 | - | 1954 | |
Pl. Espanya — Molí Nou-Ciutat Cooperativa | FGC | 11,266 | - | 11 | - | 1983 | |
Can Zam — La Sagrera | TMB | 7,867 | 47,8 | 9 | 39 | 2009 | |
Gorg-La Sagrera | TMB | 5,57 | 47,8 | 6 | 33 | 2010 | |
Trinitat Nova — Can Cuiàs | TMB | 2,109 | - | 5 | - | 2003 | |
Sarrià - Finestrelles | Sant Joan de Déu | FGC | 3,200 | 5 | 2016 | |||
CƏMİ (12 xətt) | 126,098 | 215,439 | 169 | 270 |
Xətlər | Nəzərdə tutulan xətlər | Nəzərdə tutulmuş
faiz nisbəti |
İstinadlar |
---|---|---|---|
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:
Plaça de Sants · Espanya · Urquinaona · Clot |
83% | [9] | |
Bütün xətlər nəzərdə tutulub | 100% | [9] | |
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:
Espanya · Vallcarca |
92% | [9] | |
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:
Maragall · Verdaguer · Urquinaona · Jaume I · Ciutadella-Vila Olímpica |
78% | [9] | |
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:
Maragall · Verdaguer · Plaça de Sants |
89% | [9] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [10] | |
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiya aşağıdakıdır:
El Putxet |
85% | [10] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [10] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [9] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [9] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [9] | |
Bütün xətlər nəzərdə tutulub. | 100% | [10] |
Layihəyə görə bu xətt Barselonanı Baş Lobreqat ilə birləşdirməli idi. Tikinti ləğv edildi.
Bu kiçik xətt ilk növbədə 3 stansiyanı - Badalonda La Morera dairəsini və Kan Ruti xəstəxanasını birləşdirəcək.
Barselona metropoliteni sərnişinlərin minik və eniş işinin təşkili prinsipinə görə tanınır. Bu prinsip Barselona və ya ispan qərarı kimi tanınır. Bu prinsip stansiyalarda 3 platformanın tikintisi ilə bağlıdır: iki sahilyanı və 1 ada platforması. Sərnişinlər vaqona hər iki tərəfdən minə və çıxa bilərlər. Bu da qatar dayanacaqlarında dayanma vaxtını və basabası məhdudlaşdırmaq imkan verir. Barselona qərarı ona görə adlandırlıb ki, bu prinsipdən ilk dəfə kütləvi şəkildə 1930-cu illərdə Barselona metropolitenində istifadə edilib. Stansiyaların da əksəriyyəti bu prinsipə uyğun inşa edilib. Buna baxmayaraq həmin ideyadan ilk dəfə ABŞ-da - Nyu-York və Bostonda istifadə edilib. Yəni stansiyalar elə tikilib ki hər iki tərəfdən düşüb minmək mümkün olur.[11]
Stansiyalar arasında keçidlərin çoxu əlverişli deyil: uzun və dardır. Bu keçidlərdən sərnişinlər bir-biri ilə görüşmək üçün keçirlər. Stansiyadan stansiyaya keçmək üçün bəzən ardıcıl olaraq 2 keçid keçmək lazım gəlir. Eyni vəziyyət metronun stansiyasından dəmiryolu vağzalına keçiddə müşahidə edilir: dərhal iki keçiddən keçmək lazımdır. Bəzilərində stansiyaların keçidləri boğucu və istidir. Bu Barselona metropoliteninin havalandırma sistemi ilə bağlıdır və heç də bütün stansiyalarda havalandırma sistemi yaxşı işləmir.
Bütün xətlər sağtərəfli hərəkətə malikdir.
1-ci zonada sərnişin
daşıma bileti |
1-ci zonada sərnişin daşınmanın
adı |
Biletlə bağlı izah | Qiymət (2016) | İstinad |
---|---|---|---|---|
Billete sencillo (tək yerlik bilet) | Bu biletdən TMB operatoruna məxsus avtobusda, metroda (T1 Aeraportu və L9 Cənub xəttində olan T2-dən savayı) və ya Monjuik funikluyorunda bir gediş üçün istifadə etmək olar. Bu fərdi və inteqrə edilməmiş biletdir.[12] | 2,15 € | [13] | |
Billete aeropuerto (aeraporta bilet) | İnteqrə edilməmiş fərdi biletdir. Metroda yanlız L9 Sud xəttində və metro şəbəkəsinin digər hissələrində T1 Aeraportu ilə T2 Aeraportu arasında birdəfəlik gediş üçün istifadə edilə bilər.[14] | 4,50 € | ||
T10 | 1-ci zonadan 6-cı zonaya qədər 10 intermodal gediş üçün bir neçə şəxsə görə istifadə edilən gediş biletidir. 1 zonalı kartlarda sərnişinlərin xətti və nəqliyyatın növünü dəyişmək üçün ilk və son validasiya aralığında 75 dəqiqəyə malikdir. Bu vaxt hər zonaya görə 15 dəqiqə artır. L9 Sud xəttində T1 Aeraportu və T2 Aeraportu metrosu stansiyası üçün keçərli deyil.[15] | 9,95 € | ||
T Dia (1 günlük) | İndividual gediş kartı olub zonalarda qeyri-məhdud sayda gedişlər, məhdudlaşdırılmış 1-ci validasiya, 1-ci zonadan 6-cı zonaya qədər kəsişən zonalara uyğun nəqliyyatın bütün növlərində üçün keçərlidir. İstifadə müddəti: ilk istifadə edildiyi vaxtdan etibarən 24 saat (1 gün). L9 Sud xəttində T1 və T2 Aeraportu metrosunun stansiyasına qədər gediş-gəliş üçün maksimum bir gediş.[16] | 8,40€ | ||
T50/30 | Fərdi səyahət kartı olub bir zona üçün etibarlıdır. İlk istifadə edildiyi vaxtdan başlayaraq 50 inteqrə edilmiş səyahət üzrə 30 gün istifadəyə imkan verir. Xəttləri və ya nəqliyyat növünü dəyişdirərkən sərnişinlərin ilk və son validasiya arasında 75 dəqiqəsi var. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[17] | 42,50 € | ||
T70/30 | İlk istifadə edildiyi vaxtdan etibarən bir neçə şəxsin 70 gediş üçün 30 ardıcıl gün ərzində istifadəsi üçün etibarlıdır. Bir zonalı kartların olması halında sərnişin xətlər və ya nəqliyyat növlərini dəyişdirərkən ilk və son validasiya
arasında 75 dəqiqə vaxtı malik olur. Bu zaman hər zona 15 dəqiqə artır. Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün L9 Sud xəttində etibarlıdır.[18] |
59,50 € | ||
T Mes (aylıq) | İlk istifadə edildiyi vaxtdan etibarən 30 ardıcıl gen ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır. Bu biletin istifadəsi vaxtı gediş bileti üzərində şəxsə aid İdentifikasiya sənədinin nömrəsi mütləq göstərilməlidir.[19] | 52,75 € | ||
T Trimestre (3 aylıq) | İlk istifadə edildiyi vaxtdan etibarən 90 ardıcıl gün ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. Bu biletin istifadəsi vaxtı gediş bileti üzərində şəxsə aid İdentifikasiya sənədinin nömrəsi mütləq göstərilməlidir. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[20] | 142,00 € | ||
T Jove (25 yaşdan aşağı gənclər üçün) | İlk istifadə edildiyi vaxtdan etibarən 90 ardıcıl gün ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. Bu bilet 25 yaşına qədər istifadəçilər üçün nəzərdə tutulub. Onu istifadə edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməlidir, yəni gediş bileti üzərində öz əksini tapmalıdır. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[21] | 105,00 € |
TMB və FGC xəttində Sərnişin daşımada 1996-cı ildən başlayaraq qeydə alınan inkişaf aşağıdakı qrafikdə öz əksini tapıb:
İllər | TMB-də səyahət edənlər
(milyon nəfər) |
FGC-də səyahət edənlər
(milyon nəfər) |
Cəmi
(milyon nəfər) |
İstinadlar |
---|---|---|---|---|
1996 | 269,0 | 44,8 | 313,8 | [22] |
1997 | 259,1 | 32,6 | 291,7 | [23] |
1998 | 280,9 | 37,9 | 318,8 | [24] |
1999 | 286,7 | 44,5 | 331,2 | [25] |
2000 | 294,1 | 47,9 | 354,9 | [26] |
2001 | 305,11 | 36,83 | 341,94 | [27] |
2002 | 322,0 | 40,1 | 362,1 | [28] |
2003 | 332,0 | 41,0 | 373,0 | [29] |
2004 | 343,3 | 43,0 | 386,3 | [30] |
2005 | 344,5 | 41,9 | 386,4 | [31] |
2006 | 352,4 | 43,2 | 395,6 | [32] |
2007 | 365,5 | 43,2 | 408,7 | [33] |
2008 | 375,7 | 45,0 | 420,7 | [34] |
2009 | 361,0 | 44,1 | 405,1 | [35] |
2010 | 380,5 | 43,2 | 423,7 | [36] |
2011 | 388,2 | 43,1 | 431,3 | [37] |
2012 | 372,7 | 39,0 | 411,7 | [38] |
2013 | 369,2 | 39,4 | 408,6 | [39] |
2014 | 375,7 | 40,5 | 416,2 | [40] |
2015 | 385,0 | 41,5 | 426,5 | [41] |
Nəqliyyat vasitəsinin sayı
TMB Operatoru |
S500 | S2000 | S2100 | S3000 | S4000 | S5000 | S6000 | S9000 | Cəmi | İstinadlar |
---|---|---|---|---|---|---|---|---|---|---|
Vaqonlar(2017) | 6 | 30 | 75 | 90 | 120 | 190 | 50 | 280 | 846 | [42][43] |
Qatarlar(2017) | 3 | 6 | 15 | 18 | 24 | 39 | 10 | 56 | 171 | [42][43] |
Nəqliyyat vasitəsinin sayı
FGC Operatoru |
S111 | S112 | S113 | S114 | S213 | Cəmi | İstinadlar |
---|---|---|---|---|---|---|---|
Vahidlərin sayı (2015) | 1 | 22 | 26 | 5 | 42 | 96 | [44] |