Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır.
Şəhər | |
Bas Ter | |
---|---|
Basse-Terre | |
15°59′45″ şm. e. 61°43′45″ q. u.HGYO | |
Ölkə | Qvadelupa |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1643[1] |
Sahəsi | 5,78 km² |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 12 451 nəfər (2007) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 97100 |
Digər | |
ville-basseterre.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və bəstəkarı, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur.
«Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur. XVII əsrdə bu ərazi dənizçilərin küləkdən qorunma məkanı hesab olunurdu.
Ərazidə ilk hindulu yaşayış məskənlərinin tarixi e.ə. 2 300 ilə aiddir. Müasir şəhərin əsası 1643-cü ildə qoyulmuş[2]. XVIII əsrə qədər Bas Ter Qvadelupanın ticarət mərkəzi hesab olunurdu. Daha sonra isə qonşu Qrand-Ter adasında yerləşən Puan-a-Pitr oldu[2]. 1979-cu ildə baş vermiş tufan nəticəsində liman dağılmış və bu onun sonradan daha müasir yenilənməsi ilə nəticələndi[2]. Adada 1994-1995-ci illərdə baş vermiş quraqlıq nəticəsində banan yığımı kəskin azalmış[2].