Basilan

Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada.

Basilan adası
taqal Basilan
Ümumi məlumatlar
Sahəsi 1234,2 km²
Uzunluğu
  • 66 km
Eni 44 km
Hündür nöqtəsi 377 m
Əhalisi 293.322 nəfər (2010-cu il)
Yerləşməsi
6°34′00″ şm. e. 122°03′00″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
Basilan adası xəritədə
Basilan adası
Basilan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşmə

[redaktə | mənbəni redaktə et]

Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010).

Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır.

Balıqçı qəsəbəsi

Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.

Adada 2 şəhər (İsabela, Lamitan) və 2 255 qəsəbə vardır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

11 inzibati vahidliyə və 2 şəhər dairəsinə bölünür:

  • İsabela (Isabela City)
  • Lamitan (Lamitan City)

Bələdiyyələr

[redaktə | mənbəni redaktə et]
  • Əkbər (Akbar)
  • Əl-Barka (Al-Barka)
  • Hacı Məhəmməd Acul (Hadji Mohammad Ajul)
  • Hacı Muxtamad (Hadji Muhtamad)
  • Lantavan (Lantawan)
  • Masulo (Maluso)
  • Sumisir (Sumisip)
  • Tabuan-Lasa (Tabuan-Lasa)
  • Tipo-Tipo (Tipo-Tipo)
  • Tuburan (Tuburan)
  • Unqkaya-Pukan (Ungkaya Pukan)

Ərazisinin 70 % kənd təsərrüfatına aiddir. Burada kokos, kauçuk, kofe, qarğıdalı, kakao, istiot və palma yağı istehsal edilir.