Müsəlman Mindanao Muxtar Bölgəsi

Müsəlman Mindanao Muxtar Bölgəsi (taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM) — Filippin axipelaqının Mindanao adalarında yerləşən müsəlman əhalisindən ibarət olan ərazi muxtariyyəti. Filippin ərazisində yerləşən yeganə ərazidir ki, öz hakimiyyət orqanlarına malikdir. Cotabato şəhəri bölgənin daxilində yerləşməsədə muxtariyyətin paytaxtıdır.Bölgə ümumilikdə 12 695,0 km² ərazini əhatə edir. Əsası 1 avqust 1989-cu ildə qoyulub. 6 oktyabr 1990-cı ildə Cotabato şəhəridə keçirilən tədbirlə rəsmən tanındı və bu şəhər müvəqqəti paytaxtı elan olnundu. Qeyd etmək lazımdır ki, bu Moro Milli Qurtuluş Cəbhəsinin uğurlu mübarizəsinin nəticəsi idi.

ARMM
taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM
Bayraq
Bayraq
Paytaxt Cotabato
İdarəetmə forması Muxtar region
Sahəsi
 • Ümumi 12695 km²
Əhalisi
 • Əhali 3,256,140 nəfər
 • Sıxlıq 220.9 nəf./km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bölgə iki coğrafi sahəyə ayrılır. Mindanao adasıSulu arxipelaqı.Mindanao adasındakı ərazi də iki coğrafi rayonlarını özündə birləşdirir:Lanao-del-Sur və Maqindanao. Bundan başqa Basilan, Sulu, Tavi-Tavi adalar və bir sıra kiçik adaları var.

Bölgə bölgə başçısı tərəfindən idarə olunur. Başçı və başçı köməkçisi birbaşa icra heyəti tərəfindən seçilir. Bölgədə qanunlar bölgə məclisi tərəfindən çıxarılar və məclis üzvləri tərəfindən qəbul edilir. Açıq səsvermə keçirilir. Bölgədə seçkilər ümumiyyətlə Filippin konqresindən çıxacaq qanuna bağlı olaraq ümumi seçkilərdən (milli və yerli) bir il sonra həyata keçirilir.

ARMM məclisi , məclis sədrinin başçılığında qurulan tək parlamentli bir parlamentə malikdir. Hər seçin bölgəsinin özünə aid üç üzvü vardır . Bu ankı 24 üzvün 6-sı Lanao del Sur (Maravi Şəhəri daxil), 6-sı Maguindanao, 6-sı Sulu, 3-ü Basilan və 3-ü də Tavi - Tavidəndir.

Uzun əsrlər boyu Mindanao adasında Filippindən asılı olmayan müstəqil dövlət mövcud olmuşdur. Bu müddət ərzində isə burada xalqın öz mədəniyyəti formalaşmışdır. Ərazidə islam mədəniyyəti hələ XV əsrdən kök salmışdı. İslam dini ilk dəfə Tavi-Tavidə 1380-ci ildə ayaq basır. İspanlar isə 1565-ci ildən Filippin ərazisini koloniyalaşdırmağa başlamışdılar. 1457-ci ildə burada Seyyid Əbu Bəkir Abirin başçılığı ilə Sulu sultanlığı yaradıldı. Sultanlıq 1917-ci ilədək öz varlığını qoruya bildi.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]
Müsəlman Mindanao muxtar regionunun inzibati bölgüsü
Vilayət İnzibati
mərkəz
Sahəsi,
km²
Əhalisi,[1]
nəf. (2010)
Sıxlıq,
nəf./km²
1 Basilan İsabela 1 234,2 293 322 237,66
2 Maqindanao Şarif-Аqauk 4 900,1 944 718 192,80
3 Sulu vilayəti Xolo 1 600,4 718 290 448,82
4 Tavi-Tavi Panqlima-Suqala 1 087,4 366 550 337,09
5 Cənubi Lanao Maravi 3 872,9 933 260 240,97
Bütünü 12 695,0 3 256 140 256,49
  1. Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.