Basketbol üzrə Avropa çempionatı 1987 (ing. 1987 FIBA European Championship) — 1987-ci ildə Yunanıstanda FIBA Avropa tərəfindən sayca 25-ci dəfə keçirilən Avropa çempionatı. Turnir 3-14 iyun tarixlərində keçirilmişdir. Çempionata 12 milli komanda qatılmışdır. Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq salonunda baş tutmuşdur.
Basketbol üzrə Avropa çempionatı
|
|
Rəsmi veb-sayt
|
Arxiv
|
Turnir haqqında
|
Ev sahibi ölkə
|
Yunanıstan
|
Tarix
|
3-14 iyun 1987
|
Komandalar
|
12 (1 federasiya)
|
Salonlar
|
1 (1 ev sahibi şəhər)
|
Çempion
|
Yunanıstan
|
MVP
|
Nikos Qalis
|
Turnirin qalibi favorit sayılan SSRİ millisini həyəcanlı keçən əlavə vaxtda 103:101 hesabı ilə məğlub edən ev sahibi Yunanıstan olmuşdur. Bu Yunanıstanın ilk Avropa çempionluğu olmuşdur. Yunanıstan millisinin oyunçusu Nikos Qalis turnirin ən yaxşı oyunçusu seçilmişdir.
Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq stadionunda keçirilmişdir.
|
Sülh və Dostluq stadionu Tutumu: 11.554 1983-cü ildə açılmışdır.
|
|
Turnirdə iştiraka 12 komanda haqq qazanmışdır. 7 komanda əvvəlki çempionatda iştiraka görə, 4 komanda seçmə mərhələdən sonra bu haqqı qazanmışdır. Yunanıstan isə ev sahibi kimi seçmə mərhələdən azad olunmuşdur.
- Ev sahibi:
- Basketbol üzrə Avropa çempionatı 1985-dən gələnlər:
- Seçmə mərhələdən gələnlər:
- 12 komanda hərəsində 6 komanda olmaqla 2 qrupa bölünür. Hər qrupdan 4 komanda ¼ finala çıxır. Bu mərhələdən qalib çıxanlar yarımfinala adlayır. Yarımfinalda məğlub olanlar üçüncülük oyununa, qalib gələnlər final oyununa çıxır.
- ¼ final oyununda məğlub olanlar 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulur.
- Quplarda 5-6-cı yerləri tutan komandalar 9-12-ci yerlər üçün oynayırlar.