Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır[1].
Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir.
Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir.
Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Meydançanın uzunluğu istiqamətində çəkilən sərhəd xətti yan xətt, eninə istiqamətdə çəkilmiş sərhəd xətti isə arxa xətt adlandırılır.
Rəqib səbəti yaxınlığındakı ərazidən başqa meydançanın ərazisi üçxallıq zona hesab olunur. Üçxallıq zona ikixallıq zonadan yarım çevrə formasında çəkilmiş xətlə ayrılır. Çəkilmiş bu yarım dairənin radiusu 6,75 metrdir (1 oktyabr 2011-ci ildən).
Cərimə atışı xəttinin uzunluğu 3,60 metr olur. O arxa xətlərdən 5,80 metr məsafədən çəkilir.